Azərbaycanın ən böyük biznes qrupu sayılan «Paşa Holdinq»in 2019-cu ildə bank və sığorta sektoru üzrə əldə etdiyi mənfəətin məbləği məlum olub.
Eləcə də bax: Azərbaycanda 3 şirkət «Paşa Holdinq»ə birləşdirilib - ADLAR
FED.az xatırladır ki, sözügedən holdinq sözügedən sektorlarda 4 böyük oyunçu ilə təmsil olunur. Bunlar bank sektorunda «Paşa Bank» və «Kapitalbank», sığorta sektorunda isə «Paşa Sığorta» və «Paşa Həyat Sığorta»dır.
FED.az-ın məlumatına görə, bu 4 şirkətin 2019-cu ildə əldə etdiyi ümumi mənfəətin həcmi 262,8 milyon manat təşkil edib.
Belə ki, 2019-cu ildə sözügedən şirkətlərin xalis mənfəəti aşağıdakı kimi olub:
«Paşa Həyat Sığorta» - 32 milyon 013 min manat,
«Paşa Sığorta» 31 milyon 079 min manat,
«Paşa Bank» 65 milyon 040 min manat,
«Kapital Bank» 134 milyon 708 min manat.