Azərbaycanın aparıcı biznes qrupu sayılan «Paşa Holdinq»ə daha 3 şirkət birləşdirilib.
Eləcə də bax: “Nəxşicahan Holdinq” şirkətlər qrupuna yeni - ŞİRKƏT DAXİL OLDU
FED.az xəbər verir ki, “RİQAL” MMC, “PRİME ESTATES” MMC və "TƏBRİZ EVLƏRİ" MMC elan ediblər ki, fəaliyyətinə xitam verirlər və “PMD GROUP” MMC-yə birləşirlər.
“PMD GROUP” şirkəti «Paşa Holdinq»in layihələrlə məşğul olan bölməsidir
Şirkətlərin bununla bağlı elanlarında bildirilir:
“RİQAL” MMC
VÖEN: 1700785911
“RİQAL” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1700785911) fəaliyyətinə xitam verilərək “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1701459191) qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “RİQAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
“PRİME ESTATES” MMC
VÖEN: 1403684731
“PRİME ESTATES” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1403684731) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə (VÖEN: 1701459191) qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “PRİME ESTATES” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
"TƏBRİZ EVLƏRİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 0200076041
“TƏBRİZ EVLƏRİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0200076041) fəaliyyətinə xitam verilərək “PMD GROUP” MMC-yə (VÖEN: 1701459191) qoşulduğunu və “PMD GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti “TƏBRİZ EVLƏRİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, 2013-cü ildən etibarən fəaliyyət göstərən “PMD Group” şirkəti aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyuluşu, otelçilik və əmlakın idarə olunması sahəsində fəaliyyət göstərir.