Niyə hər sahibkarın yanında komanda tərəfindən sevilməyən və bəzi hallarda nifrət edilən, lakin rəhbərin etibar etdiyi, çox etibar etdiyi bir insan var?
"Zəhmətimə qiymət vermirlər, mən də yaxşı işləmirəm" - Doğru yanaşmadırmı? – FƏXRİ AĞAYEV YAZIR
İlk öncə mən təklif edirəm ki. biz iş dünyası ilə əlaqəli bəzi reallıqları olduğu kimi qəbul edək. İş dünyası ideal deyil. İş dünyasında ədalət anlayış yoxdur və ya çox nisbi qavramdır. Üçüncüsü, hərkəs öz bilik və bacarığına görə və öz dəyərlərinə görə karyera artımı ilə əlaqəli qərar verir və karyera artımının hər yolunun da bir bədəli var.
Kimisi gecə gündüz oxuyur, inkişaf edir, əylənmir və ağır iş rejimi nəticəsində artır. Kimisi də şərəf və ləyaqətini qurban verir və onun sayəsində maddi imkanlarını gücləndirir və karyerada artır.
Azərbaycan biznesində - 7 NÖV PEŞƏKAR VAR – FƏXRİ AĞAYEV YAZIR
Bu kimi hallarda gənclik illərinndə xaricdə və Azerrbycanda mən bu kimi insanlara çox qarşılaşmışam və təbii ki, bu adamların fərqli miqyaslarda mənə mənfi və müsbət təsirləri olub.
Kimdir bu insanlar?
Əslində bu insanlar hamısı savadsız deyil. Onların arasında bilikli və işi bilən insanlar da az deyil.
Bu insanlar əksər hallarda komanda tərəfindən xarakter olaraq kifayət qədər murdar insan kimi qəbul edilirlər. Rəhbərləin çirkli işlərini görürlər və şirkətdə hərkəs bunu bilir. Bu adamların böyük bəzən gücıü hakimiyyət və səlahiyyətləri var və rəhbərin adından bir çox işləri etdirə bilirlər.
Rəhbər onların səhvləriniə susur və səhvlərinə görə onlara bəzən verdikləri cəza səhvləri miqyasında olmur. Bir çox hallarda isə rəhbər onların səhvlərini “görmür”.
Bu adamların hamısı yüksək maaş alırlar. Haqqları olmayan yüksək maaş.
Vəzifə adı zəyif olsa da bu adamların qeyri-rəsmi güclü səlahiyyətləri var və sözləri rəsmi rəhbərlər və orta idarəçilər tərəfindən eşidilir.
Bu insanların bəziləri boz kardinal olurlar. Boz kardinallar şirkətni inkişafın qaşrısnı alırarmı? Əksər hallarda yox. İnkişafını qarşsını o mənada almırlar ki, rəhbərə çox bağlı olduqlarına görə rəhbərin verdyi istiqamətdə getməyi özləri üçün çox normal sayırlar . Eyni anda bunu həm də doğru bilirlər.
Niyə bu insanlar rəhbərin yanında varlar?
Bu adamların rəhbərin yanında olmasının mənəvi, psixoloji və iş baxımından kifayət qədər ciddi və əsaslı səbəbləri var.
Birincisi odur ki, bu adamlar uzun zaman öncə işə rəhbərlə bərabər başlayıblar; onun yanında olublar; dizlərini yerə qoyub onunla bərabər şirkəti sıfırdan qaldırmaq üçün işləyiblər. Gecə gündüz.
Bu gün orda işləyən peşəkarların böyük əsksəriyyətinin “mən etmrəm, mənim işim deyil” dediyi bir çox işləri böhran dövrlərində bu adamlar ediblər.
Qısaca, vəziyyət belə olur: şirkətdə böhran var, maddi baxımdan firma dibə dəyir və peşəkar və ya hansısa bir müəxəssis 6-7də evə gedirsə, bu adamlar rəhbərlə bərabər qalırlar və şirkəti böhrandan və iflasdan xilas edirlər. Bu qurbanları verəcək qədər sahibkara bağlıdır bu insanlar.
Digər məqam: rəhbərlə uzun müddət işlədikərinə görə rəhbər bir çox şəxsi işlərini də onlara tapşıra bilir. Rəhbər çox rahatlıqla bir departament direktoruna avtomoblinin açarını verə bilər ki, bunu yudur və gətir. O da edir. Bunu özünə və qüruruna qətiyyən ağır bir hal kimi də qəbul etmir. Rəhbərlə uzun müddət bir yerdə işlədiklərinə görə bu adamların arasında gözlə görünməyən mənəvi bağ. Bu bağ bəzən güclü olur və onu qoparmaq asan iş deyil. Məhz bu mənəvi bağa görə də rəhbər bu əməkdaşların səhvlərinə göz yumur.
Rəhbərn bütün ailə– övladı və xanımı, gündəlik məişət işləri ilə əlaqəli bütün məsələləri bildiyinə görə rəhbərin bu mövzularda işlərini də həll edə bilir.
Bu insanların hərkəs tərəfindən bilinən bir xüsusiyyətləri var – söz çatdırma. Amma bunu özlərinə problems saymırlar, çünki bəziləri rəhbəri həqitən də çox sevirlər və onun işinə verilən zərəri şəxsi zəmində qəbul edirlər..
Bu adamların rəhbərlərə verdikləri digər “fayda” odur ki, rəhbərin etmək və bulaşmaq istəmədiyi işləi yerinə edirlər.
Əksər hallarda peşəkarları və savadlı insanları bəyənməzlər və onları öz rifahları üçün təhlükə görərlər. Rəhbərin özünə yaxınlaşdırdığı mütəxəssis və əməkdaşları sevməz və onları qısqanarlar.
Bu adamların zəif tərəfləri nədir?
İlk öncə təklif edirəm ki, bu adamları sinifləndirək.
Çox ümumi baxsaq, 2 kateqoriyada olur bu insanlar. Çox ümumi baxsaq.
1ci kateqoriya – bir dəfəlik olanlardır. Bir dəfəlik olanlar haqda mən adətən ağır söz istifadə edirəm. Öz peşəkar həyatımdan bir nümunə verim. 10 il öncə mənim işlədiyim şirkələrdən biində sahibkarın qərari ilə 30-40 nəfər xərclərin azaldılması məqsədi işdən çıxarılmalı idi. Bu gün ölkədə təhsil ocaqlarından birində dərs deyən bir adam şirkətdən 30-40 nəfərin işdən çıxması üçün münbit mühit yaratdı. Şəxsən. O adamla üçün fərqli formalarda tələlər qurdu və gunahı olmayan insanlar kompensasiya almadan işdən çıxarıldı. Missiyasını yerinə yetirən bu yoldaş sonra özü də işdən çıxarıldı.
Bunlar bir dəfəliklərdir və bir dəfə istifadə edildikdən sonra onları atırlar zibliliyə.
2ci katerqosiya uzun müddətlilərdir və 2 hissəyə bölünürlər.
1ci hissədə olanlar dayaz və bisavadlardır. 2ci hissədə olanlar isə savadlı və bilikli mütəxəssislər.
Dayazlar bəzən texniki işləri bilirlər, lakin inkişaf etmirlər və ömürlərini sonuna qədər dayaz qalırlar. Gün gəlir - rəhbər onlara sadəcə yazığı gəldiyinə görə yanında saxlyayır onları.
2ci hissədə olanlar savadlı və bilikli olanlardır. Bu adamların arasından boz kardinallar çıxır və bu kardinallar zamanla öz üzərlərində işləyirlər, inkişaf edirlər, savadlarını artırırlar və ona görə də hə zaman şirkədə möhkəm ayaq üstə dururlar.
Ağıllıdırlar, öz yerlərini bilirlər, heç vaxt səlahiyyətlərini aşmırlar. Birinci hissədə olanlar isə, yəni dayazlar, bəzən özlərini aşırı dərəcədə güclü saydıqarına görə səlahiyyətlərni aşaraq problem yaradırlar, və dərhal da ağır formada cəzalarını alırlar. Mən belə halların şahidi olmuşam.
Bəs ümumilikdə bu adamların aqibətləri necə olur?
Kimisi sona qədər qalır şirkətdə, adətən boz kardinallar, öz üzərində işləyənlər, rəhbərin yanında dururlar. Öz peşəkar biliklərinə görə güclü olurlar və həm də boz olurlar.
Mənim şahidi olduğum bu dayaz düşüncəlilərdən brinin hadisəsini danışım Sizlərə.
Çox böyük və ölkədə tanınan firmalardan birində koordinator vəzifəsində bir adam vardı. Olduqca güclü və qüdrətli və səlahiyyətli biri idi - sahibkarın bütün qeyri rəsmi işlərini edirdi. Gün gəldi və bu koordinator artıq aşırı dərəcədə özgüvən qazandı və onu işdən çıxararaq şirkətlərdən birinə rəhbər etdilər. Biznesdə bu yanaşmanın adı “kənara pas”dır. Yəni insanı birbaşa işdən çıxarmırlar – amm əhəmiyyətini azaltmaq məqsədi ilə mərkəzdən uzaqaşdırırlar. 1 il sonra şirkəti çökdürdüyünə görə də işdən azad edildi. Gözlənən nəticə idi, çünki insan idarəçi deyildi. O yoldaş 7-8 ildir ki, artıq iş tapmaqda əziyyət çəkir.
Növbət sualımız budur : niyə bu adamlar iş tapa bilmir?
Bunun 2 əsas səbəbi var.
Birinci səbəb odur ki, hər rəhbərin oz yetirməsi olur – şəxsən özünün bəslədiyi adamı. Etibar etdiyi və hər işi deyə biləcəyi bir adamı. Başqa sahibkarın güvəndiyini yanına almaz.
İkincisi, bu admlar heç bir sahənin peşakarı olmadıqlarına görə iş tapmaqda çətinlik çəkirlər. Bunlar ancaq və ancaq sahibkar və rəhbər adamıdır. Peşə adamı deyillər.
Bu insanların dar düşüncəli olmalarının ən bariz nümunəsi və ən ciddi səhvləri ancaq rəhbərin adamı olmaladındadır. Rəhbərlə araları soyuyanda isə bir müddən sonra rəhbər onları işdən çıxarır.
Üçüncü səbəb isə budur ki, bu adamlar hakimiyyət gücləri olanda o qədər peşəkarlar və mütəxəssislərə pislirkər edirlər ki, bunlar işdən çıxanda Bakıda bu adamalarla əlaqəli bir rəy formalaşır və güclü peşəkarlar bu adamların bir şirkətə girmələrini imkan vermir.
Sonuncu sualımız isə budur : niyə bu adamlar rəhbərin yanında varlar?
Məqaləmin giriş hissəsində qeyd etmişdim – iş dünyası ideal deyildir. Bu insanlar da iş dünyasının reaqllıqlarıdır. Necə ki, gözəl mənzildə həşəratlar da ola bilirsə, bir şirkətin içində bütüng gözəlliklər arasında bu insanlar da ola bilir.
Belə bir iddia var ki, güclü rəhbərin yanında bu adamlar olmaz. Güclü rəhbər kimdir? Güclü rəhbər nisbi qavramdır və ümumiyyətlə, rəhbər güclü olmalıdırmı? Hansı mövzularda və hansı sahədə?
Mən düşünürəm ki, biz hər birimiz bu tərz insanları bütün həyat mərhələlərimizdə görəcəyik. Bu yazımı oxuyan hərkəs özünə bir sual verməlidir : bu adamlarlar kimi olmamaq üçün insan daim öz üzərində işləməlidir, oxumalıdır, enerjili olmalıdır, özünü gücləndrməlidi və əsla sahibkar və şirkətə aşırı sadiqlik göstərməməlidir.
Peşə adamı olmaq lazımdır, şirkət və ya sahibkar adamı deyil.
Fəxri Ağayev, peşəkar idarəçi, idarəetmə üzrə təlimçi