Dünyanın məşhur idman malları istehsalçısı olan «Adidas» koronavirusdan zərərə düşməyə başlayıb.
FED.az xəbər verir ki, şirkətin Çində ilk rübdəki qazancı yarım milyard dollar azalacaq.
«Adidas AG» Çindəki ilk rüblük qazancının koronavirus səbəbiylə yarım milyard az olacağını gözləyir. Şirkətin alman rəqibi «Puma SE» da qısa müddətdə heç bir irəliləyişin olmayacağını açıqlayıb.
«Adidas» bu rüb gəlirlərinin 10% azalacağını və mənfəətinin 400-500 milyon avro (450 - 570 milyon dollar) enəcəyni gözləyir.
«Adidas»ın icraçı direktoru Kasper Rorsted, idman geyimlərinə tələbatın artmasının digər istehlak məhsullarına nisbətən daha uzun sürəcəyini söylədi. «Biz qida zəncirinin ən sonundayıq»- Rorsted deyib. «İki həftə bir mənzildə yaşayırsınızsa, ilk şey bir cüt idman ayaqqabısı almaq deyil, syuducunu doldurmaq olardı»- dedi.
«Puma» da azalma gözləyir, amma bunun nə qədər olacağını dəqiq bilmir. Şirkətin açıqlamasında bildirilir ki, ötən il verilən pronozlarda bu il 10% artım gözlənilirdi, ama bu proqnoz artıq keçərli deyil.