2024-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyinə 426 min manat əməkhaqqı və mükafat ödənilib.
FED.az Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 281 min manat və ya 39,7 % azdır.
2023-cü ildə qurumun rəhbərliyinə 707 min manat əməkhaqqı və mükafat ödənilib.
Qrupun baş rəhbərliyinə sədr və beş müavin daxildir. Sədr və müavinlər Azərbaycan Dövlət su Ehtiyatları Agentliyinin sədri tərəfindən təyin olunur. Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq Qrup tərəfindən əmək haqqı və mükafatlarla təmin edilir.










