Daxili İşlər Nazirliyinin yoxlamaları hotelləri nikah kağızı tələb etməyə vadar edir.
FED.az-ın xəbərinə görə, bu sözləri Lider TV-də Murad Arifin təqdimatında yayımlanan “Status” verilişində hotel rəhbəri Ramin Zamanov deyib.
Eləcə də bax: Yeni ilə Naftalandakı otellərdə boş yer qalmadı
O bildirib ki, hotel sahibləri üçün müştərilərin evli olub-olmamasının əhəmiyyəti yoxdur:
“İlk olaraq onu deyim ki, Azərbaycanda heç bir hoteldə xarici vətəndaşlardan nikah kağızı tələb edilmir. Bu problem yerli əhaliyə aiddir. Hotel bir qayda olaraq müştərilərini qeydiyyata almalıdır. Yəni şəxsiyyət vəsiqəsinin sürətini çıxarıb, otağı həmin şəxsin adına qeydiyyatdan keçirməlidir. Təəssüf ki, vətəndaşlar qeydiyyatdan yayınırlar və buna görə, hətta otağın qiymətinin iki qatını verməyə hazırdırlar. Təxminən iki il bundan öncə Azərbaycana belə turist axını yox idi, hotellər bizneslərini ayaqda saxlamaq üçün məcbur olub bu yola gedirdilər. Qeydiyyat demək olar ki, aparılmırdı. Daxili İşlər Nazirliyi və digər qurumlar yoxlamalar aparanda məlum olurdu ki, nömrələrin 70 faizində qeydiyyat aparılmayıb. Dərhal tələb edilirdi ki, otaqlar açılsın və yoxlanılsın”.
Eləcə də bax: Azərbaycanda ilk dövlət turizm agentliyi açıldı - EKSKLÜZİV
R. Zamanov deyib ki, ümumiyyətlə müştəridən şəxsiyyətini təsdiq edən sənəddən başqa sənəd tələb etmək qanunauyğun deyil:
“Amma yoxlamaların sayı artdıqca, məsələnin digər tərəfi qabardıldıqca, bununla mübarizə aparmaq üçün artıq hotellərdə nikah sənədi tələb edilməyə başladı. Yoxlamalar hotelləri buna vadar etdi”.
Oxu.az