Gürcüstanda özəl bizneslə bağlı yeni göstəricilər açıqlanıb.
FED.az xəbər verir ki, 2019-cu ilin 2-ci rübünün nəticələrinə görə, Gürcüstanın biznes sektorunun dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 26,6% artaraq 25,2 milyard lari və ya 8,4 milyard dollar təşkil edib.
Eləcə də bax: Gürcüstanda qumar biznesinin dövriyyəsi - 4,6 MLRD.DOLLARI ÖTÜB
«BPN» agentliyinin rəsmi statistikaya əsaslanan məlumatına görə, ölkənin 10 böyük şirkətinin 5-i qumar biznesini təsil edir. Bura «Mars» (Kristalbet), «Liderbet slot» (Liderbet), «Betalayv» «Çempion 11» (Avropa bet) və «Aviator» («Acarabet», kazino «Aviator») şirkətləri daxildir.
Qeyd edək ki, Gürcüstanın ən byöük kazinoları bu siyahıda yer almayıb. Çünki onlar əsasən turistlərə xidmət göstərir və 5 ulduzlu otellərin tərkibindədir. Siyahıda göstərilən 5 şirkətin xidmətlərindən isə əsasən yerli əhali istifadə edir. Bunlar totalizatorlar və onlayn-qumar saytlarıdır.
Bu rəqəmlər Gürcüstanda qumar biznesinin nə qədər yüksək gəlirli olduğunu göstərir. 2018-ci ildə qumar biznesinin dövriyyəsi 128% artaraq 13,8 milyard lari 13,8 milyard lari və ya 4,6 milyard dollar təşkil edir.