Azərbaycanda dövlətin ekoloji layihələrinin əsas icraçılarından olan Vanda “EKOL Mühəndislik Xidmətləri” QSC 2019-cu ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, ötən il şirkətin gəlirləri 6% artaraq 18 milyon 128 min manat, xərcləri isə 10% azalaraq 17 milyon 693 min manat olub.
Nəticədə şirkət ili 435 min manat əməliyyat gəliri ilə başa vurub. Sair xərcləri (59 min manat) və birgə müəssisələrin fəaliyyyətindən gəlirləri (1001 min manat) nəzərə alanda «Ekol»un vergidən əvvəlki illik mənfəəti 1 milyaon 419 min manat təşkil edib. 259 min manatlıq mənfəət vergisindən sonra xalis mənfəəti 1 milyon 160 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azdır.
Ötən il şirkətin aktivləri 47% artaraq 22 milyon 420 min manat olub. Kapitalı isə 5% artaraq 12 milyon 974 min manat olub.
2019-da «Ekol»un öhdəlikləri kəskin - 3,2 dəfə artaraq 9,5 milyona çatıb.
Hesabata əsasən ötən il şirkətin işçilərinin sayı 81 nəfər artaraq 608 nəfər olub. «Ekol»un təsisçiləri SOCAR (51%) və Panamanın “Lancer Services S.A” Şirkətidir (49%).