“Bizim Market” mağazalar şəbəkəsini alması haqqında yayılan məlumatlara aydınlıq gətirib. “Bazarstore”dan FED.az-a verilən məlumata görə, bu barədə mediada yayılan məlumatlar əsassızdır.
Bildirilir ki, bu mağazalar şəbəkəsi “Bizim Market”i almaqla bağlı heç bir danışıqlarda iştirak etməyib, hər hansı görüş keçirməyib və belə bir niyyəti də olmayıb: “Son zamanlar bəzi kütləvi informasiya vasitələrində və sosial səbəkələrdə “Bizim Market” mağazalar şəbəkəsinin Bazarstore MMC tərəfindən alınması ilə bağlı həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar dərc edilib. “Bazarstore” MMC olaraq bildiririk ki, bu barədə yazılanlar uydurmadan başqa bir şey deyil. Şirkətimiz qeyd edilən məsələ ilə əlaqədar heç bir danışıqlarda iştirak etməyib, hər hansı görüş keçirməyib və belə bir niyyəti də olmayıb. “Bazarstore” olaraq yazılanlara görə təəssüf edirik və “Bizim Market” şəbəkəsinə işlərində uğurlar arzulayırıq.”
Bazarstore: "Belə bir niyyətimiz də olmayıb"
17:25
28 Fev 2018