"AZFİT” MMC fəaliyyətini dayandıraraq “Bakı Hotel Kompani” QSC-yə qoşulur.
FED.azbiznes və maliyyə xəbərləri protalı xəbər verir ki, qoşulma nəticəsində “Bakı Hotel Kompani” QSC yenidən təşkil olunur.
“Bakı Hotel Kompani” QSC 4 dekabr 1998-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 27 milyon 118 min 400 manatdır. Qanuni təmsilçisi Rəsul Mirzəyov Yusif oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 1-dir.
“AZFİT” QSC 100 manatdır. Qanuni təmsilçisi Rəsul Mirzəyov Yusif oğludur.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İzmir ev 2-dir.











