"Azərxalça" ASC istehsal etdiyi məhsulları beynəlxalq xalça bazarına çıxarmaq üçün mühüm tədbirlər həyata keçirir. FED.az xəbər verir ki, cəmiyyət hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq xalça satış-sərgilərində iştirak edir. Həmin sərgilərdə nümayiş etdirilən xalçalar isə "Azərbaycan brendi" kimi təqdim olunur.
Eləcə də bax: Xaricdən ən çox sifariş verilən - 10 Azərbaycan məhsulu
2016-2018-ci illərdə "Azərxalça"nın məhsulları Amerika Birləşmiş Ştatlarında, Almaniyada, Rusiyada və Cənubi Koreyada keçirilən belə tədbirlərdə sərgilənib və böyük maraq oyadıb.
Eləcə də bax: Azərbaycanda parçalar və xalça bahalaşıb
Bundan başqa, dünyanın bir sıra inkişaf etmiş ölkələrinin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə əlaqələr yaradılıb, onlara xalça ixracı üçün razılıqlar əldə olunub. Cəmiyyət Azərbaycan xalçalarının müxtəlif ölkələrdə satışının təşkili məqsədilə mağazalar yaratmaq istiqamətində də iş aparır. Artıq ilk mağaza İsveçin Stokholm şəhərində açılıb.
Eləcə də bax: Azərbaycan xalçaları 150-200 min dollara satılıb - QİYMƏTLƏR
İsveçdə fəaliyyət göstərən "NGK-AZE" şirkəti Azərbaycan xalçalarının bu ölkəyə idxalı üçün "Azərxalça"ya müraciət edib. Təklif dəyərləndirilib, həmin şirkətin "Azərxalça"nın İsveçdəki distribütoru olmasına razılıq verilib. Stokholmun "Vikjö" ticarət mərkəzində açılan mağazada Azərbaycan xalçalarının Bakı, Qarabağ, Quba, Şirvan və Gəncə qrupları üzrə müxtəlifölçülü 15 xalça satışa çıxarılıb.
Eləcə də bax: “Azərxalça” gələn ildən əhalidən yun alacaq - TƏLƏBLƏR
Qeyd edək ki, İsveçdə həndəsi naxışlı və al-əlvan rəngli Azərbaycan xalçalarına tarixən ciddi maraq olub. İsveçdəki kolleksionerlərin şəxsi kolleksiyalarında xeyli qədim Azərbaycan xalçaları vardır. Ancaq ilk dəfədir ki, bu ölkədə Azərbaycan xalçalarının satışı mağazası açılır.
Eləcə də bax: Türkiyə xalça ixracından - 2 MİLYARD DOLLAR QAZANIB
Belə satış mağazalarının yaradılmasına başqa ölkələrin şirkətləri də maraq göstərirlər. Hazırda "Azərxalça" həmin təklifləri dəyərləndirir.