2018-ci ilin dekabr ayında qeyri-ərzaq məhsullarının qiymətləri noyabr ayına nisbətən 0,2 faiz, 2018-ci ilin yanvardekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,6 faiz bahalaşmışdır
FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il ən çox parçalar, Xalça və digər döşəmə örtükləri bahalaşıb. 2018-ci ildə 2017-ci ilə nisbətən parçalar 4,6%, xalça və digər döşəmə örtükləri 4,9% bahalaşıb.
Ötən ilin Noyabr ayı ilə müqayisədə Dekabr ayında parçalar 1,7% bahalaşıb.