Azərbaycanda fəaliyyət göstərən - Türkiyə birgə müəssisəsi (BM) olan “Dinçer və Carçıoğlu” mebel şirkəti böyük gəlirlər və mənfəətdədir.
FED.az şirkətin 2018-ci il üzrə hesabatına əsasən xəbər verir ki, ötən il “Dinçer və Carçıoğlu”nun aktivləri 64,7% artaraq, 2017-ci ildəki 13 milyon manatdan 2018-ci ildə 21,5 milyona yüksəlib.
Eləcə də bax: Azərbaycanın iri mebel şirkətinə yeni şəxslər - ŞƏRİK OLUBLAR
Hazırda şirkətin təqribən 4 milyon manat alacağı pul – debitor borxları var.
Ötən il şirkətin əsas əməliyyat gəliri, satışları da kəskin artıb. 2018-ci ildə şireət satışlardan 29,2 milyon manat əldə edib ki, bu da əvvəlki illə müqayisədə 13 milyon manat və üa 80,5% artıqdır (2017-də satışlar 13,2 milyon manat olmuşdu).
Eyni zamanda şirkətin satışlarının maya dəyəri də artıraq 2017-ci ildəki 14,1 milyon manatdan 26,8 milyon manata qalxıb.
Eləcə də bax: Bu şirkətlər gömrük rüsumlarını - ÖDƏMƏKDƏN YAYINIR
Şirkət 46 min manata yaxın vergi ödəyib və bu əvvəlki illə müqayisədə 2 dəfədən çoxdur.
Nəticədə “Dinçer və Carçıoğlu” 2018-ci ili 182,8 min manat xalis mənfəətlə başa vürub. Bu 2017-ci illə müqayisədə 2,1 dəfə artıqdır (əvvəlki il xalis mənfəət 85,9 min manat olmuşdu).
Xatırladaq ki, “Dinçer və Carçıoğlu” şirkəti mebel akssessuarları, qapılar, laminat və parket istehsalı və satışı üzrə fəaliyyət göstərir.
Eləcə də bax: Türkiyə mebel ixracından - 3,1 MİLYARD DOLLAR QAZANIB - SİYAHI
Yeri gəlmişkən, ötən il Dövlət Gömrük Komitəsi “Dinçer və Carçıoğlu” şirkətini bəzi gömrük vergi və rüsumlarından yayınmaqda ittiham etmiş, nəticədə şirkət 4 274 manat əlavə ödəniş etməli olmuşdu.