Ötən il Azərbaycanın mebel istehsalçısı "Embawood" MMC-də payçıların sayı artıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, pay sahiblərinin sayı 3-dən 6-ya yüksəlib.
Eləcə də bax: Azərbaycanda mebel istehsalı - ARTIB
2017-ci ilin sonuna olan məlumata görə, "Embawood" MMC-də payçılar Elşad Abbasov (36%), Məşhur Məmmədov (32%) və Bəşir Sultanov (32%) idi. 2018-ci ilin sonuna olan məlumata görə, şirkətdə Elşad Abbasov (23%), Məşhur Məmmədov (23%), Polyakova Tamara (24%), Həsənova Nərminə (10%), Səmədova Günay (10%) və Qasımova Aytac (10%) pay sahibləri olublar.
Eləcə də bax: Daha bir şirkət - ASC-DƏN MMC-Ə ÇEVRİLİR
Marja