Türkiyə son 5 ildə xaricə 14,2 milyard dollarlıq mebel ixrac edib.
FED.az xəbər verir ki, 2014-2018-ci illərdə ölkədən mebel ixracı rekord həddə çatıb.
Eləcə də bax: Azərbaycan ABŞ-a - MEBEL İXRACINA BAŞLAYIR
Türkiyədə böyük mebel fabrikləri Bursa, İnegöl, İstanbul, Ankara, Kayserivə İzmirdə yerləşir.
Ölkədən mebel ixracatı 2014-də 2,97 milyard dollar, 2015-də 2,75 milyon dollar, 2016-cı ildə 2,66 milyard dollar, 2017-ci ildə 2,76 milyard dollar və 2018-ci ildə 3,13 milyard dollar olub.
2018-ci ildə Türkiyənin mebel ixracı 5% yüksəlib.
Eyni zamanda Türkiyə xaricdən mebel də idxal edir, amma bu göstərici daha azdır. Və 2014-cü illə müqayisədə 47% azalaraq 843 milyon dollara düşüb.
Türkiyənin ən çox mebel ixrac etdiyi ölkələr isə İraq, Almaniya, Səudiyyə Ərəbistanı, Fransa və ABŞ-dır. Belə ki, 2018-ci ildə Türkiyə İraqa 458,6 milyon dollarlıq, Almaniyaya 219,3 milyon dollarlıq, Səudiyyəyə 183 milyon dollarlıq, Fransaya 157,3 milyon dollar, ABŞ-da isə 124 milyon dollarlıq mebel satıb.