“Fitch” “Vodafone-Ukrayna”nın reytinqini “B” səviyyəsində müəyyən edib.
Eləcə də bax: Ukraynada ən böyük şirkəti - AZƏRBAYCANLILAR ALIB
FED.az xəbər verir ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi “VF Ukrayna” PrSC-nin (“Vodafone Ukrayna” brendi altında fəaliyyət göstərir) emitentin yerli və xarici valyutada uzunmüddətli defolt reytinqini "B" səviyyəsində müəyyən edib. Bu barədə agentlik bu gün məlumat verib.
Reytinq üzrə proqnoz “pozitiv”dir.
“Fitch”, həmçinin “VFU Funding plc”nin “VF Ukrayna” üçün planlaşdırılan istiqrazları üzrə gözlənilən “B (EXP)” reytinqini də dərc edib.
“VF Ukrayna”nın reytinqləri Ukraynanın “B” səviyyəsində ölkə reytinqi ilə məhdudlaşıb.
Agentlik şirkətin əsas reytinq drayverləri arasında operatorun güclü bazar mövqeyini (bazarda ikinci ən iri operator, mobil rabitə bazarının 35%-ə qədəri), uğurlu rebrendinq və əlverişli rəqabət mühitini qeyd edib.
Xəbər verildiyi kimi, “NEQSOL Holding” "Bakcell”in nəzarətində olan “Telco Solutions and Investments” MMC vasitəsilə keçən il “MTS” PSC ilə onun Ukraynadakı telekommunikasiya biznesinin satın alınması haqqında saziş imzalayıb. 2019-cu ilin dekabr ayında “Vodafone Ukrayna”nın alınması haqqında sövdələşmə bağlanılıb. Sövdələşmənin qiyməti $84 milyon məbləğində təxirə salınmış ödəniş daxil olmaqla, $734 milyon təşkil edib.
“NEQSOL Holdinq” şirkətlər qrupu müxtəlif ölkələrdə və sahələrdə 25 ildən çox fəaliyyət təcrübəsinə malikdir. Şirkətlər qrupu Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Qazaxıstan, BƏƏ və Banqladeşdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi sahələrində fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində qrup telekommunikasiya sahəsinə daxil olub. Qrupa daxil olan şirkətlər mobil rabitə, beynəlxalq tranzit və internet magistral bağlantısı, məlumat mərkəzi və digər xidmətlər göstərir.