Bu ilin yanvar ayında Türkiyə Azərbaycana 3,541 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin (TİM) bildirdiyinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,4% çoxdur.
Eləcə də bax: "Trendyol" məhsullarını alıcılara - BİRBAŞA ÇATDIRACAQ
Ötən ay Türkiyənin ümumi geyim ixracının dəyəri isə illik müqayisədə 5,5% çox – 1 596,441 milyon dollar təşkil edib. Qonşu ölkənin geyiminin ən böyük idxalçıları Almaniya (323,1 milyon dollar, 7,3% çox), İspaniya (180,2 milyon dollar, 4,9%) və Hollandiya (146,657 milyon dollar, 5,1% çox) olub.