2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 6 751,3 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 054,6 milyon manat və ya 18,5% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların biznes kredit portfeli 5 696,7 milyon manat həcmində olub.