2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının iri sahibkarlıq subyektləri üzrə kredit portfeli 5 722,3 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ayı ilə müqayisədə 309,1 milyon manat və ya 5,7% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 1-nə bankların iri sahibkarlıq subyektləri üzrə kredit portfeli 5 413,2 milyon manat həcmində olub.