“Avrora Qrup”da yeni təyinat olub.
“Avrora Qrup”a yeni baş direktor - TƏYİN EDİLİB
“Avrora Qrup”a daha bir baş direktor - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, Elmir Ağayev şirkətin baş direktoru təyin edilib.
Elmir Ağayev bundan sonra şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, Elmir Ağayev bu vaxta qədər “Avrora Qrup”da Tədarük Zənciri direktoru vəzifəsində çalışırdı.
E. Ağayev bundan öncə Azərsun Holdinqə daxil olan Sun Food MMC, Bazarstore MMC ve Al Market MMC şirkətlərində yüksək vəzifələrdə çalışıb. O, 2020-ci ildən “Avrora Qrup”da çalışır.
E.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.