“Avrora Qrup”da yeni təyinat olub.
FED.az xəbər verir ki, Ceyhun Yusubov şirkətin baş direktoru təyin edilib.
Ceyhun Yusubov bundan sonra şirkətdə Biznes və İnvestisiya Layihələri direktorluğu, Risklərin İdarə Olunması direktorluğu və Əməliyyatlar direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, C.Yusubov bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin strateji məsələlər üzrə köməkçisi vəzifəsini daşıyırdı.
Ceyhun Yusubov bundan öncə Gilan Holdinqdə və Veysəloğlu Şirkətlər Qrupunda çalışıb. Təhsilini Türkiyədə başa vurub. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.