“Avrora Qrup”da yeni təyinat olub. Əldə etdiyimiz məlumatına görə Sərxan Rəhimli şirkətin baş direktoru təyin edilib.
“Avrora Qrup”a yeni baş direktor - TƏYİN EDİLİB
FED.az xəbər verir ki, Sərxan Rəhimli bundan sonra şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.
Qeyd edək ki, S.Rəhimli 2020-ci ildən şirkətə çalışır və o, bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsini daşıyırdı.
Sərxan Rəhimli bundan öncə Paşa Bankda və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.
Təhsilini İtaliyada başa vurub. Ailəlidir, iki övladı var.
Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.