Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvü Hilton Baku «Yaşıl Açar» sertifikatına layiq görülüb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Green Key» (Yaşıl Açar) sertifikatı ətraf mühitə məsuliyyətli yanaşmanın, təbii resurslardan səmərəli istifadənin və davamlı inkişaf prinsiplərinə sadiqliyin mühüm göstəricisidir.
«Bu nailiyyət Hilton Baku-nun ətraf mühitin mühafizəsi, resurslardan məsuliyyətli istifadə və qonaqlara yüksək xidmət göstərilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini bir daha vurğulayır.
ATİB olaraq üzvümüz Hilton Baku-nu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, kollektivinə gələcək fəaliyyətində yeni uğurlar və davamlı inkişaf arzulayırıq», - deyə məlumatda bildirilir.














