Bu ilin II rübündə ABŞ-ın 75%-dən çox nəhəng şirkətlərin gəlirləri pandemiyadan əvvəlki (2019-cu il) səviyyəsini keçib. Bu, bir çox biznesin COVID-19-a görə dəyişmiş şərtlərə uyğunlaşa bildiyini göstərir.
FED.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Qeyd olunur ki, səhmləri "Standard & Poor's 500" indeksinə daxil olan şirkətlərin 213-ün gəlirləri keçən il azaldıqdan sonra 2019-cu ilin göstəricisindən çox olub. Daha 153 şirkətin gəlirləri həm bu il, həm də 2020-ci ildə artıb.
Eyni zamanda, 101 şirkətin gəlirləri 2019-cu ilə nisbətən daha aşağı səviyyədə qalmaqda davam edir. 10 şirkətin gəlirləri keçən il artıqdan sonra 2021-ci ildə azalıb.
Bu günə qədər II rüb üzrə maliyyə hesabatını "S&P 500"ə daxil olan 477 şirkət təqdim edib. (Apa)