2018-ci ildə ABŞ oyun sənayesi rekord həddə, 43,4 mlrd. dollar gəlir əldə edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, bu, 2017-ci il ilə müqayisədə 18% daha çoxdur.
ESA (Entertainment Software Development Association) və “NPD group” mütəxəssisləri gəlirlərlə bağlı daha dəqiq hesablama aparmaq üçün oyun konsuluna, PC və mobil oyunlara, daxili oyunların alışına, yazılmasına xərclənən vəsaiti ayrı-ayrılıqda hesablayıb.
Eləcə də bax: «Lego» oyuncaqlarına yatırım səhm və qızıldan daha sərfəliymiş – ARAŞDIRMA
Periferik oyun cihazları daxil olmaqla, avadanlıq satışı ötən il 15% artaraq bir öncəki il ilə müqayisədə 6,5-dən 7,5 mlrd. dollara qalxıb. Proqram təminatı, oyunların yazılışı, abunəliyi 35,8 mlrd. dollar gəlir gətirib. 2017-ci ildə bu rəqəm 18% daha az, 30,4 mlrd. dollar idi.
Onu da qeyd edək ki, ABŞ-da videooyun sənayesini ölkə iqtisadiyyatının ən sürətlə böyüyən sektorlarından biri edən 150 mln. oyun həvəskarının olmasıdır. Məhz bu sahədə çalışan işçilərin sayı 220 min nəfərdir. ABŞ-ın 46 ştatında 500-dən çox kollec videooyunlarla bağlı proqramlar və sertifikatlar verir.