Gəncə şəhərində yerləşəm "Detal Alüminium" MMC iflas ediləcək.
FED.az MMC-nin "kreditorlarının nəzərinə" başlığı ilə rəsmi mətbuatda dərc etdirdiyi elanına istinadən xəbər verir ki, "Detal Alüminium" MMC-nin iflas edilməsinə dair işə 29 May 2019-cu il tarixində Gəncə şəhəri İnzibati-İqtisad məhkəməsində baxılacaqdır.
Eləcə də bax: Azərbaycanda 6 şirkət səhmdarlarına - HESABAT VERƏCƏK
DetAl Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir.
DetAl Alüminium Kompleksinin təməli 2008-ci ilin mart ayında qoyulmuşdu.
©Marja