Koronavirusla mübarizə üçün bir neçə vaksinin tapıldığı barədə xəbərlər birjaları canlandırsa da, virusun fayda gətirdiyi bizneslərə böyük zərbə vurub.
FED.az xəbərp verir ki, məhzu korona dövründə məşhurlaşan «Zoom» porqramının sahibi vaksin haqqında xəbərdən sonra 5 milyard dollar itirib. Bundan başqa, «COVID-19» üzərində qələbə xəbəri birneçə digər şirkətlərin də səhmlərini ucuzlaşdırıb. Nəticədə onların səhmdarları böyük zərərə düşüblər.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - Həftəlik Analiz
İnternet üzərində videokonfransların keçirilməsinə imkan verən proqramın sahibi «Zoom Video Communications»un səhmləri NASDAQ birjasında bir gündə 17% ucuzlaşıb. Nəticədə şirkətin sahibi Erik Yuanın varidatı 5 milyard dollar azalıb.
Səhmlərin ucuzlaşması «Pfizer» və «BioNTech» şirkətlərinin koronaya qarşı vaksini uğurla sınaqdan keçirdiklərini elan etdikdən sonra baş verib. Hər iki şirkətin məlumatına görə, onların hazırladığı vaksin 90%-dən artıq effektivlik göstərib.
Hesabatın sçıxmasından sonra «Pfizer» və «BioNTech»in səhmləri kəskin bahalaşıb, bundan sonra isə digər şirkətlərin səhmləri və ümumilikdə birja indeksləri də yüksəlməyə başlayıb. Amerikanın «S&P 500» indeksi isə ümumiyyətlə 3 636,32-yə yüksələrək tarixi rekord vurub.
İnvestorlar Maliyyə Nazirliyinin istiqrazlarını almadılar – HƏRRACIN NƏTİCƏLƏRİ
Bununla yanaşı, koronavirusu vaksini xəbəri bəzi texnoloji şirkətlərin səhmlərinin ucuzlaşmasına səbəb olub. Səbəbi odur ki, pandemiyanın və karantinin başa çatması onların məhsullarına tələbatı azaldacaq. Nəticədə «Zoom»la yanaşı, aşağıdakı şirkətlərin səhmləri də qiymətdə itiriblər:
• Facebook — 4,99%;
• Amazon — 5,06%;
• FedEx — 5,68%;
• Netflix — 8,59%
Nəticədə belə şirkətlərin iri səhmdarları böyük məbləğlər itiriblər. Məsələn, «Amazon»un səhmlərinin ucuzlaşması nəticəsində şirkətin sahibi Cef Bezosun sərvəti 8,94 mlrd dollar, onun keçmiş arvadı Makkenzi Skotun, hansı ki, boşananda «Amazon»un səhmlərinin də bir hissəsini özü ilə aparmışdı, sərvəti isə 3,27 mlrd dollar azalıb. «Facebook»un yaradıcısı və sahibi Mark Zukerberq isə 5,39 mlrd dollar itirib.
«FedEx» poçt xidmətinin sahibi Fred Smit 250 milyon dollar, «Netflix»in rəhbəri Rid Qastinqsin pulları isə 416 milyon dollar azalıb.