Maliyyə Nazirliyinin bu gün 10 noyabr 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) 15 mln. manat həcmində, 3 illik (1092 gün) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ AZ0106022780 ISIN-li,) yerləşdirilməsi üzrə hərrac yarımçıq baş tutub.
FED.az xəbər verir ki, hərrac zamanı 15 milyon manatlıq istiqrazları almaq üçün 6 investor tərəfindən qiyməti intervalı 93.9483 (9.8800%) və 100.0264 (7.4900%) olan 10 sifariş verilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.9735 (7.5100%), orta ölçülmüş qiyməti 100.0124 (7.4953%) müəyyən edililib.
Göründüyü kimi, investorlar bu kağızlara daha yüksək gəlirlə (illik 9,9%) pul yatırmaq niyyətində idilər. Amma illik 7,5% gəlirlilik onları qane etməyib. Nəticədə, baxmayaraq ki, ümumi sifariş həcmi 50 milyon manatdan çox olub, həraca çıxarılan 15 milyon manatlıq istiqarzdan cəmi 8,4 milyon manatı satılıb.
İstiqrazların ödəmə tarixi 7 noyabr 2023-ci il.
Hərrac iştirakçıları 11 noyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.