Dünyanın ən böyük iki istehlak məhsulları istehsalçıları olan “Unilever” ve “Procter&Gamble”ın (P&G) aldığı qərar, “Facebook” ve “Twitter”də şok təsiri yaradıb. Bunun ardından sosial medya platformlarına daha bir zərbə də “Coca-Cola”dan gəlib.
Eləcə də bax: Daha bir böyük şirkət "Facebook"un - BOYKOTUNA QOŞULDU
FED.az xəbər verir ki, CNN-dəki xəbərə görə, hər üç şirkət ABŞ-da baş verən hadisələr səbəbiylə bir müddət sosial mediada reklam verməyəcəklərini açıqladılar. Xəbərin təsiri qısa müddət ərzində birjada göründü. “Facebook” və “Twitter”in səhmləri həftənin son günündə ortalama 7 faiz düşdü.
Eləcə də bax: Dünya nəhəngi Facebook-da – REKLAMLARINI DAYANDIRDI
ƏN AZ İL SONUNA QƏDƏR REKLAM VERMƏYƏCƏYİK
Qida sektorunda “Algida”, “Lipton”, “Knorr”, “Calve”, “Hellmann”; təmizlik sahəsində “Omo”, “Domestos”, “Yumoş”, “Cif” və “Dove”, “Clear”, “Elidor”, “Rexona”, “Ax”, “Signal”, “Toni & Guy” kimi markaları özündə cəmləşdirən “Unilever” mövzu ilə əlaqədar bir açıqlama yayıb. Şirkət açıqlamasıda "Məsuliyyət dairəmizi və ABŞ-dakı qütblü atmosferi nəzərə alaraq, ən azı ilin sonuna qədər Facebook, Instagram və Twitter platformalarında ABŞ-da bir marka reklamı etməməyi qərara aldıq. Buradakı reklam hazırda insanlara və cəmiyyətə dəyər vermir. Vəziyyəti izləyəcəyik və lazım gələrsə, mövcud vəziyyətimizi nəzərdən keçirəcəyik." deyə bildirib.
“UNİLEVER”in 2019-cu ildə “FACEBOOK”a qazandırdığı gəlir 42 milyard dollar olub.
“Unilever”in qlobal medianın vitse-prezidenti Luis Di Komo müsahibəsində "ABŞ-dakı mövcud qütbləşmə və seçkiləri düşünsək, nifrət nitqinə qarşı daha çox sanksiya tətbiq edilməlidir" dedi. Reklam təhlili şirkəti olan “Pathmatics” şirkətinə görə, “Unilever” 2019-cu ildə Facebook-da 42 milyon dollarlıq bir reklam yerləşdirərək bu sahədə 30-cu yeri tutmuşdu.
Sosial mediada daha bir pis xəbər “Unilever”in ən böyük rəqiblərindən olan “P&G”dən gəldi. “Ariel”, “Gilette”, “Braun”, “Pantene”, “Head & Shoulders”, “İpana”, “Oral-B”, “Prima” kimi dünyaca məşhur markaların daxil olduğu qrup oxşar qərar qəbul etdi. “P&G” açıqlamasında"Reklamlarımızı nifrət və ayrıseçkilik diskursları ilə dolu platformalardan çəkirik" deyə bildirib.
“COCA-COLA”: 1 AY ƏRZİNDƏ REKLAM YOXDUR
Sosial media platformalarının işini çətinləşdirən son açıqlama “Coca-Cola”dan gəldi. "İyulun 1-dən etibarən Coca-Cola ən azı 30 gün bütün sosial media platformalarında pullu reklamları dayandıracaq" deyə şirkətin baş direktoru Ceyms Quincey şirkətin saytında bildirib. O “Bu müddətdə reklam standartlarımızı və siyasətimizi nəzərdən keçirəcəyik. Üstəlik sosial media platformalarındakı tərəfdaşlarımızın nifrət və şiddətli müzakirələrdən uzaqlaşacağına ümid edirik." deyə qeyd edib.
FACEBOOK-A ARD-ARDA ZƏRBƏ
Donald Trampın şiddətli çıxışlarından istifadə etdiyi üçün tənqid oxlarının hədəfinə çevrilən “Facebook”a artıq iqtisadi cəhətdən təsir edilir. Qeyri-hökumət təşkilatları iyul ayında “Facebook”da reklam verməmək üçün #StopHateforProfit (Mənfəət üçün nifrətə son ver) kampaniyasına başlayıb. İştirak edən ilk marka “The North Face” oldu. Sonra “Verizon”, “Patagonia”, “REI”, “Upwork” və “Dashlane” də iyul ayında “Facebook”da reklam verməyəcəklərini açıqladılar və bu müddət uzadıla bilər.
Bu inkişaflar, hətta öz şirkət işçilərinin hədəfinə çevrilən Mark Zuckerbeg-in problemli günlər keçirməsinə səbəb olur. Təzyiq altında olan Zuckerberg, Bloomberg Billionaires İndeksi üzrə üçüncü pillədən dördüncü pilləyə enərək, 7 milyard dollar itirib.