Dünyanın ən böyük idman geyim şirkətlərindən biri olan «North Face», Facebook-a verdiyi reklamları geri çəkdi.
Eləcə də bax: "Feysbuk" istifadəçi postlarına - MƏHDUDİYYƏT QOYA BİLƏR
FED.az-ın məlumatına görə, şirkətdən verilən açıqlamada göstərildi ki, reklamların geri çəkilməsinin səbəbi Facebook-da nifrət mətnlərinin və dezinformasiyaların artması olub.
İyul ayı üçün Facebook üçün reklam çarxları çəksə də, Facebook-u tərk edən şirkət platformanın nifrət dolu paylaşmalar və və yalan məlumat yaydığını bildirib və «Tvitter»də "biz Facebookdan çıxırıq" ifadəsini paylaşıb.
CNN-in xəğərinə görə, Minneapolisdə polis zorakılığı nəticəsində həyatını itirən Corc Floyd etirazları çərçivəsində qeyri-hökumət təşkilatları böyük markalardan öz reklamlarını Facebook-dan çıxarmağı tələb edirlər
«North Face» iyul ayından etibarən təkcə «Facebook»dan deyil, «Facebook»a məxsus olan və dünyanın ikinci ən böyük şəbəkəsi sayıdan «İnstagram»da da reklamlarını dayandırıb.
Buna baxmayaraq Facebook hesablarında qalır və kontent paylaşmaqda davam ekdəcək.
«North Face»in daxil olduğu VF qrupuna aid olan «Dickies», «Vans», «Timberland» və «Smartwool»un da «Facebook» və «İnstagram» reklamlarını dayandırmaq barədə düşündükləri bildirilir.
Facebook-un Qlobal İş Qrupunun vitse-prezidenti Carolyn Everson isə bildirib ki, «şirkətin qərarına hörmət edirik, nifrət sözlərini platformamızdan çıxartmaq üçün çalışırıq».
Bildilir ki, «North Face»in belə qərar verməsinin səbəbi bir qədər əvvəl Facebook sahəbi Zukerberqin açıqlaması olub. «Twitter», Donald Trampın ABŞ etirazçılarına qarşı tvitinin şiddətli olduğunu sübut etdiyi halda, Facebook-un baş direktoru Mark Zuckerberg, Twitter’in səhv etdiyini bildirərək, «Facebook»un işinin «həqiqətə hakim olmaq» olmadığını (yəni nəyin düz nəyin səhv olduğunun onların işi olmadığını - FED.az) bildirib.