Bu gün, oktyabrın 9-da Bakı Fond Birjasında «Ferrum Kapital» MMC-nin ümumi dəyəri 2,5 milyon manat olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"AzerGold"un istiqrazları - Təkrar Bazara Çıxır
FED.az xatırladır ki, hərrac rəqabətli keçiriləcək, yəni burada istənilən investor iştirak edə bilər. Şərtlərə görə, hərrac zamana ümumi məbləği 2,5 milyon manat olan 2500 ədəd istiqraz satılacaq. Bir istiqrazın nominal qiyməti 1000 manatdır, şərtlərə görə. Hərraca qatılanlar azı bir ədəd istiqraz almalıdırlar.
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
İstiqrazlar 1 il müddətinə dövriyyəyə buraxılıb, illik gəlirlik dərəcəsi 12,5%-dir. Şərtlərə görə, istiqrazların faizləri hər ay onun sahibinin hesabına ödəniləcək, amma istiqrazın geriyə alınma zəmanəti yoxdur, yəni onu alan şəxslər bu bir il ərzində kağızı təkrar bazarda sata bilərlər, amma şirkətin özü onu yalnız bir ildən sonra – yəni müddət başa çatandan sonra geri alacaq.
Qeyd edək ki, «Ferrum Kapital»ın istiqrazlarının zamini qismində onun əsas səhmdarı olan “AQA Şirkətlər Qrupu” çıxış edir. Yəni əgər emitent öhdəliklərini yerinə yetirməzsə, investorlara istiqrazların dəyərini və hesablanmış faizləri “AQA Şirkətlər Qrupu” ödəyəcək.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter «Unicapital İnvestisiya Şirkəti» ASC-dir. Amma hərracda iştirak etmək istəynələr təkcə «Unicapital»a deyil, birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Onların siyahısına buradan baxmaq olar.
FED.az xəbər verir ki, illik 12,5% gəlirliklə istiqraz yerləşdirən «Ferrum Kapital» şirkəti mialiyyə - faktorinq xidməti göstərir, 2017-ci ildə fəaliyyətə başlayıb və özünü Azərbaycanın ilk müstəqil faktorinq şirkəti kimi təqdim edir.
«Əsas hədəfi bütün sektorlar üzrə müştərilərə yerli və beynəlxalq faktorinq xidmətləri təqdim etmək və bu sayədə iqtisadiyyata öz töhfəsini verməkdir»-deyə şirkətin rezumesində bildirilir.
Bu işdə «Ferrum Kapital»a onun qüdrətli sahibi - Azərbaycanda 25 ildən çoxdur ki, müxtəlif birznes sahələrində fəaliyyət göstərən məşhur «AGA Group» şirkətlər qrupu dəstək olur. Belə ki, «Ferrum Kapital»ın səhmlərinin 72,5%-i "AQA Şirkətlər Qrupu" QSC-ə, 27,5% isə "Vesta Konsaltinq" MMC-ə məxsusdur.
Şirkətin idarə heyətinə isə Qafar Demirçi rəhbərldik edir.ondan başqa, idarə heyətinə Cəmil Rzayev, Taleh Quilyev, Qadir Cavadov (Sədrin Muavini), Arif Əliyev (Sədrin Muavini), Qurban Nəzərov (Maliyyə Müşaviri) daxildir.
Xatırladaq ki, ölkənin ən böyük developer şirkətlərindən olan «AGA Group» şirkəti paytaxtın ən böyük biznes mərkəzlərinin - «Dəmirçi tauer», «Kaspian Plaza», «Kaspian biznes senter», «Ağa İş Mərkəzi», «Adriana biznes park», eləcə də «Start ko-vörkinq» mərkəzlərini idarə edir. Bundan başqa şirkətin «Da Vinçi» və «Kaspian Palas Otel»i var. Şirkətin aqrar sektorda da təmsilçiliyi var – «Monte Ferro Aqroparkı» şimal qərb bölgəsində yerləşir.
«AGA Group» son illər maliyyə sektoruna da daxil olmağa başlayıb və burada bir neçə şirkətlə təmsil olunur. Belə ki, Qrup, bir qədər əvvəl «City Finance» BOKT-u satın alıb. «Ferrum kapital» və «Kaspian audit» isə qrupa daha əvvəl daxil edilib. «Ferrum kapital» Faktorinq xidmətləri, «Kaspian audit» isə audit xidmətləri göstərir.