Bakı Fond Birjasında (BFB-) ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.
Eləcə də bax: Qiymətli kağızlar bazarında azalma davam edir – RƏQƏMLƏR AÇIQLANDI
FED.az Birjaya istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr ayları üzrə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 7 milyard 109 milyon 969 min manat dövriyyə ilə 1-ci, "Unicapital İnvestisiya Şirkəti" ASC 1 milyard 457 milyon 980 min manat dövriyyə ilə 2-ci, "AzFinance İnvestisiya Şirkəti" QSC 1 milyard 2 milyon 511 min manat dövriyyə ilə 3-cü yeri tutub.