Dünyanın kriptovalyuta bazarı dirçəlməkdədir.
FED.az xəbər verir ki, Bitcoin qiyməti 2022-ci ilin mayından bəri ilk dəfə 39 min dolları keçib. Dünənki ticarət sessiyası zamanı bitkoinin qiyməti 2022-ci ilin may ayından bəri ilk dəfə olaraq 39 min dolları ötüb. Bunu Coindesk platformasının məlumatları sübut edir.
Qızıl qiymətləri rekord səviyyəyə qalxıb – YENİ QİYMƏT
Bitkoinin qiyməti 1,92% artaraq 39 425 dollar təşkil edib, doğrudur, rekorddan 15 dəqiqədən sonra bu rəqəm 39 222 dollara (+1,4%) düşüb. Bitkoinin qiyməti sonuncu dəfə bir il yarım əvvəl — 2022-ci il mayın 4-də 39 min dolları keçib.
Qlobal birjalarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR
Qeyd edək ki, avqustun sonunda bitkoin ticarətinin həcmi rekord həddə çatıb.
CryptoQuant-ın araşdırma rəhbəri Julio Moreno izah etdi ki, pərakəndə investorlar geri çəkildikcə ayı bazarlarında ticarət həcmləri azalır. O qeyd edib ki, bu, son bir il ərzində əksər kriptovalyuta birjalarında baş verib. Trendə həmçinin ABŞ-ın kriptovalyutalarla bağlı tənzimləmə tədbirləri və may ayında bank böhranının sona çatması təsir göstərib. Bu amilləri birlikdə götürdükdə market-meykerlərin və alverçilərin bazardan uzaqlaşmasına səbəb olub.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.