ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin dünən axşamkı çıxışından sonra unsiya qızıl və qram qızıl bütün zamanların ən yüksək həddinə çatıb.
Dünya bazarında qızıl - NİYƏ BAHALAŞIR?
FED.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətini sərtləşdirməyə son qoyması və gələn il faiz dərəcələrini azaltmağa başlaya biləcəyi ilə bağlı gözləntilərin güclənməsi ilə qızıl qiymətləri rekord həddə çatıb.
Qızılın unsiyasının qiyməti ötən gecə rekord səviyyəyə - 2 075,41 dollara qalxdıqdan sonra bu gün 2 072 dollar təşkil edir.
Atlantadakı Spelman Kollecindəki çıxışında Pauell qeyd edib ki, atdıqları güclü addımlar siyasət faizini çox məhdudlaşdırıcı bir bölgəyə daşıyıb. O "Kifayət qədər məhdudlaşdırıcı bir mövqeyə gəldiyimizi əminliklə yekunlaşdırmaq və ya siyasətin nə vaxt yumşaldılacağına dair şərh vermək tez olardı. Biz Lazım gələrsə, siyasəti daha da sərtləşdirməyə hazırıq”-deyib.
Analitiklər bazarların Pauellin faiz dərəcələrinin çox məhdudlaşdırıcı zonada olması ilə bağlı şərhlərinə fokuslandığını və pul siyasətinin yumşaldılmasından danışmaq üçün hələ tez olduğu xəbərdarlığının diqqətdən kənarda qaldığını bildiriblər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.