Rusiyada yaşayan Azərbaycanlı milyarder Fərhad Əhmədov və qohumlarına məxsus olan Göyçaydakı Teymur Əhmədov adına “AzNar” QSC-nin səhmdarlarının növbədənkənar toplanır.
FED.az xəbər verir ki, 8 dekabr 2023-cü il saat 12.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
“Aznar” alıcıları aldadıb – Suyun mənbəyi artezian quyusu olduğu halda, dağ suyu təəssüratı yaradıb
«Aznar» şirkəti AQTA-nın iradları barədə: «Elə də böyük problem deyildi, həll olundu»
Milyarder Əhmədovun “AZNAR”nın rəhbəri dəyişdi – Qardaşı oğlunu iş adamı əvəz edir - FOTO
Ümumi yığıncaqda:
1. “AzNar” QSC-nin icra orqanı barədə.
2. “AzNar” QSC-nin direktorlar şurası barədə.
3. “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə məsələlər müzakirə olunacaq.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyətini və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər. Əlaqə telefonu – +994202740517. Ünvan – AZ2300. Göyçay şəhəri, Natəvan küçəsi 120.