Xəbər verildiyi kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) içməli su istehsalçısı olan “Aznar” QSC-yə məxsus “Aria” sularında nöqsan aşkar edib.
FED.az xatırladır ki, Agentliyin yaydığı məlumata görə, suların suların mikrobioloji göstəricilərində uyğunsuzluq aşkar edilib. Həm də məlum olub ki, “Aria” sularının mənbəyi İsmayıllı rayonu, “Nar Bulaq” artezian quyusu olduğu halda, üzərindəki etiketdə dağ şəkli göstərilib, «bu da istehslakçılarda “Aria”nın dağ suyu olması təəssüratı yaradır»-deyə AQTA-dan bildiriblər.
“Aznar” QSC-də bu iradlarla razılaşsalar da baş verəni böyük və ya «şiddətli» pozuntu saymırlar.
Şirkətin texnoloqu İlqar Bəkirov FED.az biznes və maliyyə xəbərləri portalına bildirib ki, bu böyük miqyasda pozuntu deyil. Texnoloq bildirib ki, şirkət bu iradları haqsız saymır və mübahisələndirməyəcək. Eyni zamanda artıq həmin məsələ əlaqədar olaraq yeni məhsulların etiketində dəyişiklik edilib və dağ şəkli həmin məhsulların üzərindən çıxarılıb.