“AzFinance İnvestisiya şirkəti” QSC diskontlu, təmin edilməmiş istiqrazların yerləşdirilməsinə hazırlaşır.
Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL
FED.az xəbər verir ki, istiqraz buraxılışının həcmi ümumilikdə 1 milyon manat təşkil edəcək.
Hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları buraxılacaq.
Hökumət ötən il sakitcə - 100 MİLYON DOLLARLIQ İSTİQRAZ BURAXIB – MƏLUMAT AÇIQLANMIR
Şərtlərə əsasən, istiqrazların geri alınması nəzərdə tutulmayıb. Bundan başqa, şirkətin istiqrazlarının gözlənilən illik gəlirliyi də açıqlanmır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.