2020-ci ildə Azərbaycan Maliyyə Nazirliyi dollarla xarici valyutada iri həcmdə istiqraz emissiya edib.
Eləcə də bax: Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL
FED.az xəbər verir ki, düz bir il əvvəl, ötən ilin martında ABŞ dollarında buraxılan istiqraz emissiyasının həcmi 100 milyon dollar olub. İstiqraz buraxılışı nominal qiyməti 100 dollar olan 1 milyon ədəd istiqrazdan ibarətdir.
Bu istiqrazlar bir investora satılıb.
Maraqlıdır ki, Maliyyə Nazirliyi dollar istiqrazlarının buraxılışı ilə bağlı məlumat yaymayıb.
Nazirlik istiqrazın buraxıldığını təsdiqləsə də, istiqrazların şərtləri və müddətini dəqiqləşdirməyib.