Uorren Baffet — investisiya sahəsində dahi sayılan mütüxəssisdir. Amma bəzən o da yatırımda səhvlər edib və bəzi səhmləri almadığına görə, indi də heyfslənir.
"Neft 300 dollara qalxacaq" - Treyderlər Mərc Etdilər
FED.az xatırladır ki, Baffet onunla məşhurdur və başqalarından onunla fərqlənir ki, əsasən ənənəvi sahələri təmsil edən şirkətlərin o qədər də baha olmayan səhmlərinə yatırım edir. Və bəzi perspektivli texnoloji şirkətlərin səhmlərinin qiymətini şişirdilmiş hesab etdiyinə görə, o vaxtilə yaxşı yatırım üçün imkanları əldən buraxıb.
«Hepsiburada»nın səhmləri - BİR GÜNDƏ 35% UCUZLAŞIB
Sonradan Baffet etiraf edirdi ki, texnologiya şirkətlərinin səhmlərindən ona görə kənar qaçırdı ki, onların necə pul qazandığını təsəvvür etmirdi və həmni şirkətlərin gələcəkdə də inkişaf edib etməyəcyinə əmin deyildi. FED.az xəbər verir ki, məşhur investorun itirdiyi yatırım imkanları aşağdakılardır.
Amazon
Uorren Baffet «Amazon»un səhmlərini yalnız 2019-cu ildə, dünyadakı uşaqların da bu şirkətə inandığı vaxt alıb. Vaxtilə onlayn satış nəhənginin səhmlərini almaqda bu qədər ləngidiyinə görə, Baffet özünü axmaq da adlandırıb. Onun sözlərinə görə, nəhayət «Amazon»un səhmlərini almağı «Berkshire»in menecerlərindən biri təklif etdi və bu onun vaxtilə buraxdığı səhvini düzəldə bilər.
Zəyəm Texnologiyalar Parkının səhmlərinə 69 investor 71 sifariş - TƏQDİM EDİB
«Bəli, mən Amazonun səhmlərini almadığıma görə axmağam. Amma istəyirəm biləsiniz ki, mənim üstünlük verdiyim amillər dəyişmir»-deyə Baffet bir dəfə CNBC kanalına müsahibəsində bildirib.
2017-ci ildə o etiraf edib ki, vaxtilə «Amazon»un potensialını görə bilməməklə axmaqlıq edib. Üstəlik Baffet bildirib ki, texnoloji şirkətlərə yatırım edəndə «Amazon»un əvəzinə «IBM»-i seçdiyinə görə təəssüf edir. «İndi mən IBM-i 6 il əvvəl onun səhmlərini alanda olduğu kimi qiymətləndirmirəm»-deyə investor bildirib. Onun sözlərinə görə, indi şirkət IBM çox ciddi rəqiblərlə üzləşib.
2018-ci ildə «Berkshire Hathaway» şirkətinin səhmdarlarının ənənəvi illik toplantısında Baffet bildirib ki, Amazon-un baş direktoru Ceff Bezosa çoxdan heyrandır, amma onun səhmlərinə daha ucuz olduğu vaxt yatırım etmək imkanını əldən buraxıb. Həmin vaxt Baffet Amazonun səhmlərinin həddən artıq baha olduğunu güman edib, amma artıq bir ildən sonra bu səhmləri daha yüksək qiymətə almalı olub.
Amma həta bu variantda da Baffet Amazon-un səhmlərindən pul qazana bilib. «Berkshire Hathaway» Amazonun səhmlərini alanda onların qiyməti 1900 dollar idi, şirkətin bazar dəyəri isə 936 milyard dollar ətrafında dəyişirdi. 2021-ci ilin oktyabrın əvvəlinə isə şirkətin səhmləri 3,3 min dollardan bahadır.
Qeyd edək ki, Amazon şirkətinin səhmlərinin ilk IPO-su 15 may 1997-ci ildə keçirilib. Həmin vaxt NASDAQ birjasında ticarətə 18 dollarla başlayan səhmlər sonradan 23,5 dollara yüksəlib.
Üstəlrik səhmlər 3 dəfə parçalanıb (split həyata keçirilib). Birinci dəfə 1998-ci ildə 2:1 nisbətində, ikinci dəfə 1999-cu ilin yanvarında 3:1 nisbətində və üçüncü dəfə 1999-cu ilin sentyabrında 2:1 nisbətində. Yəni indiyədək Amazonun səhmləri 12 dəfə parçalanıb.
Və indiki qiymətləri nəzərə alanda, dünyanın elektron ticarət sektorunun lideri olan şirkətin səhmləri indiyədək 200 000%-dən çox bahalaşıb.
2017-ci ildə Uorren Baffet şirkətinin səhmdarlarına etiraf edib ki, Google şirkətinin səhmlərini uzun müddət əvvəl almadığına peşman olub. Həmin vaxt Google şirkəti reklam kliklərinin sayı ilə pul qazanırdı və «Berskhire Hathaway»ə məxsus olan «Geico»nun reklamlarına hər klikdən 10–11 dollar əldə edirdi.
Ən maraqlısı da odur ki, Baffet özü «Google» şirkətinə pul qazandırdığı halda, onun perspektivinə inanmayıb.
«Google»un səhmlərinin IPO-su 2004-cü ilin avqustunda baş tutub. Həmin vaxt şirkət ilkin qiyməti 85 dollar olan 19,6 milyon ədəd səhm buraxıb. 2014-cü ilin aprelində isə «Google» şirkəti yeni – C sinifinə məxsus olan səhmlər buraxıb. Bu səhmlər şirkətin səhmdarlarına dividend kimi verilib. Amma bu səhmlər səsvermə hüququ nəzərdə tutmur.
Səsvermə hüququ A sinifinə məxsus səhmlərdən başlayır. B sinifinə məxsus səhmlər isə 10 səsə malikdir. Google-nin sahibi olan Alphabet şirkəti 2015-ci ildə yaradılıb, indiyədək onun səhmləri 1900% bahalaşıb.
Microsoft
Uorren Baffet «Microsoft»un səhmlərinə yatırım etməkdən hələ IPO vaxtında imtina edib. O bu qərarı Liberty Media şirkətinin sədri, milyardçı Con Mellounla məsləhətləşəndən sonra verib. «Microsoft»un sədri Bill Qeytsin şirkətlə bağlı təqdimatından sonra Baffet Melloundan soruşub: «Con, sən texnoloji şirkətlər barəçsində nəsə bilirsən, buna pul yatırırdınmı?». Cavabında Meloun «yox» deyib və bildirib ki, belə şirkətlə rəqabət aparmaq başqa şirkətlər üçün çətin olmayacaq.
Amma hətta Baffet Microsoft-un səhmlərinə IPO dövrnüdə yatırım etsəydi də, o böyük ehtimalla sonradan həmin səhmləri satmalı olacaqdı. Çünk sonradan o Bill Qeytslə dostlaşdı və Qeytslər ailəsinin Fonduna milyardlarda ianələr edirdi. O həmin fondun himayəçilərindən biri idi, Bill Qeyts isə bir neçə il ərzində «Berkshire Hathaway»in direktorlar şurasının üzvü olub.
Nə üçün indiyədək «Microsoft»un səhimlərini almayıb sualına Baffet cavab verib ki, axmaqlıq edib. «Amma indi mənim Bill Qeytslə dostluğumu nəzərə alanda, «Berkshire Hathaway»in həmin səhmləri alması səhv addım olardı». «Berkshire Hathaway»in sahibi ehtiyat edirdi ki, səhmləri alsa, onları maraqların konfliktində ittiham edə bilərlər.
Amma beffet yenə də «Microsoft»a yatırım edib. Qeytslə tanışlıqdan sonra o şirkətin 100 səhmini alıb. «Səhmləri aldım ki, baxım bu oğlan nə ilə məşğuldur»-deyə Baffet bildirir. Həmin vaxt 100 səhmi almaq Baffetə 10 min dollardan ucuz qiyimətə başa gəlmişdi, indi isə onların qiyməti 1 milyon dollardan yüksəkdir.
«Microsoft» şirkəti ilk İPO-nu 1986-cu ildə edib. Həmin vaxt səhmin qiyməti 21 dollar idi. İndiyədək şirkətin səhmləri 9 dəfə parçalanıb, bunların ikisində səhmlər 3:2-yə nisbətdə parçalanıb. Nəticədə ilk yerləşdirmədən keçən müddətdə səhmlər 14 000% bahalaşıb.
WalMart
2003-cü ildə Baffet təəssüflə qeyd edib ki, «WalMart»ın səhmlərini almağı ləngidib. 50 ildən artıqdır ki, fond bazarında olan Baffet «WalMart»ın səhmlərini almağı uzatmasını özünün investisiya sahəsində ən böyük səhvi sayır. «Əslində «WalMart»ın səhmləri 23 dollar olanda mən 100 milyon dollarlıq səhm almaq istəyirdim. Biz bir qədər aldıq, amma kağızlar azca bahalaşdı. Mən fikirləşdim: yəqin qiymətlər yenidən geri əvvəlki həddinə qayıdacaq və məsələni uzatdım. Bu uzatma bizə 10 milyard dollara başa gəldi».
Airbnb
Bəlkə də qəribə görünə bilər amma «Airbnb»nin səhmlərini vaxtında almamaq Baffetin ən çox peşman olduğu hadisədir. Əsələ təkcə səhmlərdə və onlardan götürülən gəlirdə deyil. Baffet etiraf edib ki, belə bir biznesin ilk dəfə onun ağlına gəlməməsinə çox heyfslənir. Airrbnb-nin biznes modeli Baffetin çox xoşuna gəlmişdi, o bu biznesi çox perspektivli sayırdı, amma hesab edirdi ki, hələlik ona pul yatırmaq vaxtı çatmayıb. Burada başqa maraqlı məqam var. «Berkshire Hathaway»in baş ofisi Omaxada yerləşir və şirkətin direktorlarının toplantısında Omaxa otelləri qiymətləri kəskin artırırlar. Ona görə də «Berkshire Hathaway»in nümayəndələri Airbnb-dən xahiş ediblər ki, Nebraska ştatında şəbəkələrini genişləndirsinlər.
«Adamlar fikirləşir ki, «Berkshire»in bütün səhmdarları varlıdır. Amma bizim səhmdarların yarıdan çoxu şirkətə 12 min dollar və ya daha aşağı pul yatırıblar. Ona görə də qənaət çox vacibdir»-deyə 100 milyard dollarlıq sərvətinə baxmayaraq qənaətcilliyi ilə tanınan Baffet vurğulayıb.
Dallas-Fort Worth NBC
Hansısa möcüzə Baffetin media-maqnat olmasının qarşısını alıb. Dallas-Fort Worth NBC TV-stansiyasını 35 milyon dollara almaqdan imtina etməsi Baffetin indiyədək təəssüfləndiyi məsələlərdən biridir. 2007-ci ildə Baffet öz səhmdarlarına məktubunda bildirirdi ki, 1972-ci ildə bu stansiyanı almaq şansını əldən verib. Ən maraqlısı da odur ki, Baffet stansiyanı almaqdan imtina edəndə onun sahibini tanıyır və onun yüksəlmə şansını olduğunu başa düşürdü. Üstəlik bunun üçün şirkətə böyük vəsait tələb olunmağdığını da bilirdi. 2007-ci ildə yazdığı məktubda Baffet qeyd edirdi ki, 2006-cı ildə stansiya 73 milyon dollar qazanıb. Onnu bazar qiyməti isə 800 milyon dolları keçib, yəni 23 dəfə bahalaşıb.