Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının (ZTP) səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, 4-5 noyabr 2021-ci il tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının (ZTP) AZ1001003453 dövlət qeydiyyat nömrəli, 18 milyon manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.
Abunə yazılışı zamanı anderrayterə 69 investor tərəfindən 71 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 514 min 204 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 18 miylon manat təşkil edib.
Yerləşdirmə üzrə baş anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.