Treyderlər 2021-ci ilin sonuna Brent neftinin qiymətinin 300 dollar olacağına pul yatırmağa başlayıblar.
ləcə də bax: Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu - KƏSKİN ARTIRIB
Treyderlər 2021-ci ilin sonuna Brent neftinin qiymətinin 300 dollar olacağına pul yatırmağa başlayıblar.
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki,
xəbər verir ki, treyderlər neftin qiymətinin artmasına hesablanmış koll opsionlar alırlar.
London birjasının məlumatları göstərir ki, treyderlər ilin sonuna neftin 250-300 dollar olacağıı ilə bağlı kol-opsionlar almaqdadırlar. Treyderlətrin neftin 200 dollardan artıq bahalaşacağına pul qoyması birjanın tarixində ilk dəfədir.
Analitiklər və bazar iştirakçıları treyderlərin bu proqnozlarını paylaşmırlar, onların fikrincə, neftin qiyməti 100 dolları keçməyəcək.
Bu proqnoza ciddi baxan treyderlər də çox deyil, belə opsionların həcmi cəmi 1 milyon dollar təşkil edir. Birjanın reyestrindən görünür ki, hələlik bu proqnozla bağlı 2 pozisiya açılıb. Bunlardan biri dekabr kontraktlarının 250 dollara çatacağını nəzərdə tutan 5 min barellik müqavilə, digəri isə həcmin həcmdə, amma neftin 300 dollarlıq qiymətinə hesablanan müqavilədir. Bu opsionlar yalnız o vaxt gəlir gətirəcək ki, nefti 250-300 dollara yüksəlsin. Xatırladaq ki, indiyədək Brent neftinin ən yüksək qiyməti 146,7 dollar olub, yəni heç 150 dollara da yüksəlməyib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.