Azərbaycanda internet və mobil bankinqin sürətli inkişafanı baxmayaraq klassik bank xidmətlərinə maraq da azalmır.
FED.az xəbər verir ki, əksinə, iqtisadi sabitlik, milli valyutanın sabitliyi, əmanətlərin sığortalanması mexanizminin isə təkmil işləməsi bank əmanətlərinə marağı yüksək səviyyədə saxlayır.
Bu da banklara əmanətlə bağlı fərqli məhsullar təqdim etməyə imkan verir. Xüsusilə müştərilərin istək və tələbləri nəzərə alınaraq daha çevik məhsullar hazırlanır. Bunlardan biri də yığım əmanətləridir.
Yığım əmanəti – məbləği həmişə artırıla bilən əmanət növüdür. Yəni müştəri banka yatırdığı əmanət məbləğini mütəmadi olaraq artıra bilər. Bu variant müştəriyə əlindəki pulu dərhal banka yatıraraq faydalanmağa imkan verir.
Belə əmanətin bir üstünlüyü də valideynlərin öz övladları üçün pul toplamaq imkanıdır. Təsadüfi deyil ki, bəzi banklarda bu əmanətə uşaq əmanəti də deyirlər, baxmayaraq ki, əmanət uşağın deyil, onun valideyninin adına olur.
FED.az biznes və maliyyə xəbərləri portalı övladları və ya elə özü üçün uzunmüddətli və artırıla bilən əmanətlər axtaran şəxslər üçün ölkə banklarının təkliflərini təqdim edir.
Bu dəfə «Rabitəbank», «VTB Bank Azərbaycan» və «Unibank»ın məhsulları təqdim edilir.
«Rabitəbank» - «Uşaq yığım əmanəti»
Ölkənin ən qocaman banklarından olan, artıq 30 ildən artıqdır ki, əmanət qəbul edən «Rabitəbank» bu məhsulda da klassik yanaşma tətbiq edib.
«Uşaq yığım əmanəti» övladı üçün pul yığmaq istəyən valideynlər üçün əlverişli variantdır. Əvvəla bu əmanətə kiçik məbləğlə - minimal məbləğ olaraq 100 AZN / USD-la başlamaq və onu istənilən vaxt artırmaq olar. Əmanət 216 aylığa qəbul edilir – yəni uşağın həddi buluğa çatıb özü və pulları haqqında qərar verə biləcəyi 18 yaşınadək.
Müddət uzun olduğu üçün illik faiz dərəcəsi daha konservativdir – «Rabitəbank» manatla əmanətə illik 5%, dollar əmanətinə isə illik 0,5% gəlir hesablayır. Faizlər yalnız müddətin sonunda ödənilir. Amma bu dövrdə əldə edilən faiz gəlirlərini də hər il əmanətin üzərinə əlavə edib əsas məbləği böyütmək olar.
«İldə bir dəfə əsas məbləğin üzərinə əlavə edilir və əlavə edilmiş məbləğə faiz hesablanır»-deyə bankın məhsulla bağlı izahatında deyilir.
Əmanət hesabı açmaq üçün valideyinlərin və uşağın şəxsiyyətini təsdiq edən sənəd və uşağın doğum haqqında şəhadətnaməsi kifayət edir.
«Övladınızın gələcəyini maddi baxımdan sığortalamaq və gənc həyata başlaması üçün maddi dəstək göstərmək istəyirsinizsə Rabitəbankın Uşaq Yığım Əmanəti məhsulundan faydalanın»-deyə bank valideynlərə övladları qarşısındakı məsuliyyətini xatırlatmağı da unutmur.
«VTB Bank Azərbaycan» - «Uşaq yığım hesabı»
Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən «VTB Bank Azərbaycan» bankı övladını gələcəkdə gün ağlamaq istəyən valideynlər üçün «Uşaq yığım hesabı» adlı əmanət təklif edir.
Bu əmanəti 1-18 illik müddətə, yəni uşağın tamamilə böyüməsi vaxtınadək açmaq olar. Əmanətə kiçik məbləğlə də başlamaq mümkündür – cəmi 100 AZN/USD varsa hesab açmaq üçün banka getmək olar. İstənilən vaxt onun üzərinə vəsait əlavə edilməsi mümkündür, azı 5 manat və ya dollar olmaq şərtilə.
«VTB Bank Azərbaycan»in təklif etdiyi «Uşaq yığım hesabı» əmanətinin illik gəlir faizi manatda 8-9,25%, dollarda 1% arasında dəyişir. Faizləri yalnız müddətin sonunda götürmək olar, ona qədər isə bu məbləğ əsas əmanəti məbləğinin üzərinə əlavə olunur.
«VTB Bank Azərbaycan»ın «Uşaq yığım hesabı»nın şərtləri aşağıdakılardır:
Əmanətin müddəti |
İllik faiz dərəcəsi |
|
AZN |
USD |
|
3 ilədək |
8 % |
1 % |
3 - 6 il |
8.25 % |
1 % |
6 - 9 il |
8.5 % |
1 % |
9 - 12 il |
8.75 % |
1 % |
12 - 15 il |
9 % |
1 % |
15 - 18 il |
9.25 % |
1 % |
«Unibank» - «Yığım əmanəti»
«Unibank»ın təqdim etdiyi «Yığım əmanəti» məhsulundan istifadəyə başlamaq üçün valideynin banka 50 AZN əmanət yerləşdirməsi kifayət edir, minimum məbləğ budur. Məbləği istənilən vaxt azı 10 manat əlavə etməklə artırmaq mümkündür.
«Yığım əmanəti»nin müddəti byöük deyil – cəmi 12 ay, yəni 1 il. Amma əmanət müddəti bitdikdə avtomatik olaraq əsas müddətə bərabər müddətə uzadılır.
Əvəzində əmanətə hesablanan faizlər hər ay əmanətin əsas məbləğinə əlavə edilir. Bu əmanət üzrə faizlər müddətin sonunda ödənilir. Üstəlik hər ay depozitə minimal olaraq 10 AZN/USD/EUR məbləği artırıldığda əlavə olaraq bonus hesablanır.
Müştərilərə fərdi yanaşma da mövcuddur, yəni 1 müştəri üzrə əmanətlərin məbləği 1 mln-dan cox olduqda əmanətin şərtləri ayrıca qaydada rəsmiləşdirilə bilər.
Müştəri «Yığım əmanəti»ni bankdan vaxtından əvvəl götürəndə o əmanətə hesbalanan faizlər dəyişir. Belə ki,
1. Əmanətin müddəti faktiki olaraq 0- 90 günə kimi olduqda illik 0 (sıfır) faiz dərəcəsi üzrə;
2. Əmanətin müddəti faktiki olaraq 91-180 günə kimi olduqda illik faiz dərəcəsinin 10%-ni təşkil edən faiz dərəcəsi üzrə (məsələn, əmanət illik 10%-lə yatırılmışdısa, 1%-ə enir )
3. Əmanətin müddəti faktiki olaraq 181-360 günə kimi olduqda illik faiz dərəcəsinin 20%-ni təşkil edən faiz dərəcəsi üzrə (məsələn, əmanət illik 10%-lə yatırılmışdısa, 1%-ə enir )
Faizlər aylıq artımla :
Müddət |
AZN |
12 ay |
9 % |
Faizlər aylıq artımsız :
Müddət |
AZN |
12 ay |
8 % |
Qeyd 1: Vergi Məcəlləsinə əsasən 01.02.2023 tarixindən sonra əmanət və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərinin 10% məbləğində vergi tutulacaq.
Qeyd 2: Fiziki şəxslərin bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi 01.01.2024-cü il tarixindən vergidən azaddır.
Qeyd 3: Fiziki şəxslərin Bankda milli valyutada olan depoziti 01.01.2024-cü il tarixindən etibarən 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azaddır.