Azərbaycanda internet və mobil bankinqin sürətli inkişafanı baxmayaraq klassik bank xidmətlərinə maraq da azalmır.
FED.az xəbər verir ki, əksinə, iqtisadi sabitlik, milli valyutanın sabitliyi, əmanətlərin sığortalanması mexanizminin isə təkmil işləməsi bank əmanətlərinə marağı yüksək səviyyədə saxlayır.
Bu da banklara əmanətlə bağlı fərqli məhsullar təqdim etməyə imkan verir. Xüsusilə müştərilərin istək və tələbləri nəzərə alınaraq daha çevik məhsullar hazırlanır. Bunlardan biri də yığım əmanətləridir.
Yığım əmanəti – məbləği həmişə artırıla bilən əmanət növüdür. Yəni müştəri banka yatırdığı əmanət məbləğini mütəmadi olaraq artıra bilər. Bu variant müştəriyə əlindəki pulu dərhal banka yatıraraq faydalanmağa imkan verir.
Belə əmanətin bir üstünlüyü də valideynlərin öz övladları üçün pul toplamaq imkanıdır. Təsadüfi deyil ki, bəzi banklarda bu əmanətə uşaq əmanəti də deyirlər, baxmayaraq ki, əmanət uşağın deyil, onun valideyninin adına olur.
FED.az biznes və maliyyə xəbərləri portalı övladları və ya elə özü üçün uzunmüddətli və artırıla bilən əmanətlər axtaran şəxslər üçün ölkə banklarının təkliflərini təqdim edir.
Bu dəfə «Yelo Bank», «Turan bank» və «Ziraat Bank Azərbaycan»ın məhsulları təqdim edilir.
«Yelo Bank» - «Yelo Yığım» Əmanəti
«Yelo Bank»ın təqdim etdiyi «Yelo Yığım» Əmanəti vəsaitini bankda 2 ilədək saxlamaq üçün əlverişlidir. Əmanətin müddəti 12-18-24 aylıq nəzərdə tutulur, amma müqavilə başa çatanda avtomatik yenilənir. Əmanət məbləği isə 50-300 000 AZN/USD arasındadır.
Manatla əmanətlər müddətdən asılı olaraq 9,5%-10%, dollarla əmanətlər isə 1,5-2% gəlir gətirir. Bu məhsulun əlverişli cəhəti odur ki, əmanətə əlavə edilən məbləğlə bağlı minimal tələb yoxdur – müştəri istədiyi məbləği əlavə edə bilər. Əmanətə əlavə etmək müddətinin bitməsinə 3 ay qalanadək mümkündür.
Bu əmanət üzrə faizlər aylıq və ya müddətin sonunda ödənilir. Əmanətin faizi də ödənişin hansı varinatının seçilməsindən asılı olaraq dəyişir.
Əmanətin məbləği 1000 AZN/USD və yuxarı olduqda faizlərin alınması üçün müştəriyə Yelo Light kartı hədiyyə edilir. Bu kartla cashback qazanmaq, qalığa faiz əldə etmək və sair mümkündür.
Müddət |
AZN Faizlərin aylıq ödənişi Müddətin sonunda |
USD Faizlərin aylıq ödənişi Müddətin sonunda |
12 ay |
9.5% 10% |
1.5% 2% |
18 ay |
9.5% 10% |
1.5% 2% |
24 ay |
9.5% 10% |
1.5% 2% |
«Turan bank» - «Uşaq Yığım» Əmanəti
«Turan bank»ın təqdim etdiyi «Uşaq Yığım» Əmanəti məhsulu sırf uşaqlar və onlara pul yığmaq istəyən valideynlər üçündür.
Şərtlərə görə, bu əmanəti uşaq anadan olduğu gündən tutmuş 15 yaşınadək müddətdə açmaq olar. Təbii ki, həmin vaxt əmanət hesabı başqa adamın adına açılır, bunlar uşağın valideynləri ilə yanaşı, qəyyumu, himayədarı, nənə və babası ola bilər. Əmaətin ilkin məbləği minimum və maksimum həddə limitlənib - 100 dollar və ya manatdan 10 minə qədər. Belə əmanəti «Turanbank»a minimum 3 illiyə, maksimum isə 18 illiyə yatırmaq olar. Faiz dərəcəsi manatda 8,5%, dollarda 2% təşkil edir.
Bu əmanətin xüsusi məqamı odur ki, «Uşaq Yığım» Əmanətində faizləri yalnız müddətin sonunda götürmək olar.
Əvəzində əmanətə hesablanan faizlər hər 6 aydan bir toplanaraq əmanətin məbləğinə əlavə olunur. Məsələn, banka buə manət kimi 10 min manat yatırılıbsa, 6 aydan sonra hesbalanmış 400 manat faiz gəliri əmanətin üzərinə gəlir və əmanət faizləri artıq 10 mmin manata deyil 10400 manata hesablanır.
Əmanətin şərtləri aşağıdakı kimidir:
Maddələr |
Şərtlər |
||
Əmanətçinin yaş həddi |
Anadan olma tarixindən - 15 yaşadək |
||
Əmanət hesabını açan və idarə edən şəxslər |
Uşağın valideynləri, qəyyumu, himayədarı, nənə və babası |
||
Əmanətin ilkin məbləği |
Minimum - 100 AZN/USD |
||
Maximum - 10 000 AZN/USD |
|||
Əmanətin müddəti |
Minimum - 3 il (15 yaşı tamamlanmış uşaqlar) |
||
Maximum - 18il |
|||
Əmanət üzrə hesablanacaq faiz dərəcəsi |
AZN - 8.5% (illik) |
||
USD - 2% (illik) |
|||
Əmanət məbləğinin artırılması |
İstənilən vaxt ay ərzində |
||
Minimum - 100 AZN/USD; |
|||
Maximum - 1000 AZN/USD |
|||
Faizlərin kapitallaşması |
Hesablanmış faizlər hər 6 aydan bir əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faiz hesablanır. |
||
Vəsaitlərin qismən çıxarılması |
Mümkün deyil |
||
Qeyd 1: Əmanət məbləği hesablanmış faizlərlə birlikdə yalnız müddət sonu çıxarıla bilər. |
|||
Valyuta |
Əmanət vaxtından əvvəl çıxardıldıqda aşağıdakı faiz dərəcələri tətbiq edilir: |
||
5 ilədək |
5-10 il |
10-18 il |
|
AZN |
4.5% |
7.5% |
8.00% |
USD |
1.00% |
1.5% |
2.00% |
Qeyd 2: AZN valyutasında yerləşdirilən "Uşaq Yığım"əmanəti konvertasiya oluna bilər. |
|||
Konvertasiya şərtləri |
Konvertasiya komisyonu: 1% |
«Ziraat Bank Azərbaycan» - Yığım Əmanəti
«Ziraat Yığım Əmanəti» məhsulu müştərilərə vəsaitlərini rahat şəkildə yığmağa imkan yaradır. Bu məhsulun digər əmanətlərdən əsas fərqi odur ki, müştəri əmanət hesabının balansını vaxtaşırı artıra bilir. Bu da müştərilərə planlı şəkildə pul vəsaitlərini əmanət hesablarına yerləşdirərək yığımlarını artırmağa, həmçinin yığımlarından faiz qazancı əldə etməyə imkan yaradır.
«Ziraat Yığım Əmanəti»ndə müştəri vəsaitini istədiyi vaxt artıra bilər.
Əmanətin özəllikləri:
• Əmanət müddəti maksimum 12 aydır.
• Əmanət hesabının balansını müddətin ilk 9 ayına qədər artırmaq mümkündür.
• Əmanətin minimal məbləği 1000 AZN/USD/EUR təşkil edir, maksimal məbləğə dair tələb yoxdur.
• Minimum artırılma məbləği 50 AZN/USD/EUR təşkil edir.
• Faizlər əmanət müddətinin sonunda ödənilir.
• Əmanətin əsas məbləği və yığılmış faizlər müştərinin cari hesabına köçürülərək ödənilir.
• Əmanət müddəti bitdikdə avtomatik olaraq eyni şərtlərlə, eyni müddətə, ancaq həmin gün Bankda qüvvədə olan faiz dərəcəsi ilə yenilənir.
• İllik faiz dərəcəsi: AZN - 8 % ; USD - 3 %; EUR - 2.25 %
Qeyd 1: Vergi Məcəlləsinə əsasən 01.02.2023 tarixindən sonra əmanət və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərinin 10% məbləğində vergi tutulacaq.
Qeyd 2: Fiziki şəxslərin bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi 01.01.2024-cü il tarixindən vergidən azaddır.
Qeyd 3: Fiziki şəxslərin Bankda milli valyutada olan depoziti 01.01.2024-cü il tarixindən etibarən 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azaddır.