Azərbaycanda internet və mobil bankinqin sürətli inkişafana baxmayaraq klassik bank xidmətlərinə maraq da azalmır.
FED.az xəbər verir ki, əksinə, iqtisadi sabitlik, milli valyutanın sabitliyi, əmanətlərin sığortalanması mexanizminin isə təkmil işləməsi bank əmanətlərinə marağı yüksək səviyyədə saxlayır.
Bu da banklara əmanətlə bağlı fərqli məhsullar təqdim etməyə imkan verir. Xüsusilə müştərilərin istək və tələbləri nəzərə alınaraq daha çevik məhsullar hazırlanır. Bunlardan biri də yığım əmanətləridir.
Yığım əmanəti – məbləği həmişə artırıla bilən əmanət növüdür. Yəni müştəri banka yatırdığı əmanət məbləğini mütəmadi olaraq artıra bilər. Bu variant müştəriyə əlindəki pulu dərhal banka yatıraraq faydalanmağa imkan verir.
Belə əmanətin bir üstünlüyü də valideynlərin öz övladları üçün pul toplamaq imkanıdır. Təsadüfi deyil ki, bəzi banklarda bu əmanətə uşaq əmanəti də deyirlər, baxmayaraq ki, əmanət uşağın deyil, onun valideyninin adına olur.
FED.az biznes və maliyyə xəbərləri portalı övladları və ya elə özü üçün uzunmüddətli və artırıla bilən əmanətlər axtaran şəxslər üçün ölkə banklarının təkliflərini təqdim edir.
Bu dəfə «Expressbank», «Yapı Kredi Azərbaycan» və «Xalq Bank»ın məhsulları təqdim edilir.
«Expressbank» - «Mücrü əmanət»
Riteyl bankinq sektorunun fəal üzvlərindən olan «Expressbank»in «Mücrü əmanət»ində diqqəti təkcə maraqlı ad deyil, həm də əmanət məhsulundakı imkanlar cəlb edir. Bunu bankda da bilirlər və bu əmanəti seçmək üçün 5 səbəb səsləndirirlər.
«Mücrü əmanəti» üzrə əmanətin müddəti 6-25 ay, illik faizlər isə 8-10,5% arasında dəyişir. Əmanəti 3-cü şəxsin, məsələn övladın adına açmaq olar, müştəri etiraz etməsə, əmanət müqaviləsi avtomatik uzadılacaq. Faizlər əmanətin müddəti və faizlərin götürülmə qrafindən asılı olaraq dəyişir. Əmanətin minimum məbləği 300 manatdır, bu məbləği istənilən vaxt artırmaq mümkündür.
«Expressbank» banka «Mücrü əmanəti» yerləşdirənlərə bu əmanət müqabilində kredit ayıra və hədiyyə kart verməyə hazırdır. Hansı kartın veriləcəyi də əmanətin məbləğindən asılıdır. Hədiyyə bank kartları: Əmanət məbləği 20 000 manatadək olduqda «Expresso Standard», 20 001- 50 000 manat olduqda «Expresso Platinum», 50 000 manatdan yuxarı olduqda «Expressbank VISA Infinite» və ya «Mastercard Black Edition» olacaq.
«Mücrü əmanət» üzrə əmanət faizləri belədir:
MÜDDƏTİN SONUNDA |
|
Müddət |
AZN |
6 ay |
8.5 % |
12 ay |
10.5% |
18 ay |
10.5% |
24 ay |
10.5% |
HƏR AY |
|
Müddət |
AZN |
6 ay |
8 % |
12 ay |
10.0 % |
18 ay |
10.0 % |
24 ay |
10.0 % |
«Yapı Kredi Azərbaycan» - «Yığım Əmanəti»
Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı «Yapı Kredi Azərbaycan» bankı da müştərilərinə yığım əmanəti təqdim edir.
«Yığım Əmanəti»ni manat, dollar və ya avro ilə yatırmaq olar. Əmanətin məbləği 1000-5 000 000 arasında dəyişir.
Bu əmanəti bankda 6-36 ara arası müddətində yerləşdirmək olar. Faiz dərəcəsi müddətdən asılı olaraq ödənilir, əmanət müddəti artdıqca, faizlər də yüksəlir. Məsələn, manat əmanəti üzrə illik faizlər 2,75-4,5%, dollar əmanətində 1,00-1,25% arasında dəyişir, avro əmanətində isə cəmi 0,05% təşkil edir. Faizlər müddətin sonunda ödənilir, əmanəti vaxtından əvvəl çıxarmaq sərfəli deyil, cəmi 0,05% faiz ödəniləcək. Əvəzində əmanət məbləğini, bir dəfəyə, azı 5 AZN olmaqla artırmaq mümkündür.
«Yığım Əmanəti» üzrə faizlər belə hesablanır
Müddətin sonunda |
|||||
Müddət |
Məbləğ |
||||
|
|||||
AZN |
USD |
EUR |
|||
6 ay |
2.75% |
1,00% |
0,05% |
||
9 ay |
3.50% |
1,10% |
0,05% |
||
12 ay |
4.50% |
1,25% |
0,05% |
||
24 ay |
4,50% |
1,25% |
0,05% |
||
36 ay |
4.50% |
1,25% |
0,05% |
«Xalq bank» - «Uşaq yığım» əmanəti
Ölkənin bank sektorunun liderlərindən olan «Xalq Bank» uşaqlar üçün «Uşaq yığım» əmanəti təqdim edir.
«Uşaq yığım» əmanəti 18 yaşına çatmamış uşağın adına açılır. Uşaq 14 yaşına çatdıqda valideynlər tərəfindən yazılı surətdə təqdim edilmiş icazə ərizəsi əsasında əmanət üzrə əməliyyatlar apara bilər.
Bu əmanətin fərqli cəhəti odur ki, faiz gəlirləri ayrıca olaraq götürülmür. Onlar əmanətin məbləğinə əlavə edilir və onlara da faiz hesablanır. Yəni «Uşaq yığım» əmanətində faizlər kapitallaşdırılaraq əmanət üzrə maksimal gəlir əldə etmək imkanı yaradır.
«Uşaq yığım» əmanətini manat, dollar və avro ilə yerləşdirmək olar, əmanətin müddəti 12 aydır. Minimal məbləğ - 100 AZN/USD/EUR, maksimum məbləğ yoxdur.
Faizlərin ödənilməsi ilə bağlı qayda belədir - əmanətin müddəti bitdikdən sonra əmanət geri tələb edilmirsə, əmanətçi ilə müqavilə növbəti müddətə uzadılır (uşaq 18 yaşına çatana qədər), faizlər əmanətin əsas məbləğinə əlavə olunaraq kapitallaşır.
Əmanətin artırılmasında məhdudiyyət yoxdur, əvəzində vəsaitlərin qismən çıxarılması da mümkün deyil, daha dəqiqi, mümkündür, amma müştəri pulunu vaxtından əvvəl çıxarsa, faiz ödənilmir.
«Uşaq yığım» əmanəti üzrə illik faiz dərəcələri belədir, amma 1 000 000 AZN/USD/EUR-dan artıq məbləğdə əmanət yerləşdiriləndə onun şərtləri ayrıca razılaşdırılır:
Valyuta |
12 ay |
AZN |
10,25% |
USD |
2,25% |
EUR |
1,25% |
Qeyd 1: Vergi Məcəlləsinə əsasən 01.02.2023 tarixindən sonra əmanət və kart qalıqları üzrə ödənilən illik faiz gəlirlərinin 10% məbləğində vergi tutulacaq.
Qeyd 2: Fiziki şəxslərin bankda milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi 01.01.2024-cü il tarixindən vergidən azaddır.
Qeyd 3: Fiziki şəxslərin Bankda milli valyutada olan depoziti 01.01.2024-cü il tarixindən etibarən 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azaddır.