“Turanbank”ın maliyyə vəziyyəti məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “Turanbank”ın xalis mənfəəti 416 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 6 dəfə çoxdur. Belə ki, 2018-ci ildə bankın xalis mənfəəti 70 min manat təşkil edib.
Eləcə də bax:“Kapital Bank”ın kredit verdiyi sahələr – AÇIQLANDI
2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 34 milyon 912 min manat (12,8% çox), faiz xərcləri 22 milyon 879 min manat zərər(7,8%çox), qeyri-faiz gəlirləri 3 milyon 794 min manat(26,7% çox), qeyri-faiz xərcləri 14 milyon 726 min manat zərər (23% çox) təşkil edib. Mənfəətin artması bankın faiz və qeyri-faiz gəlirlərinin artmasından qaynaqlanır. Gəlirlər xərcləri üstələdiyindən bankın 1 milyon 100 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 684 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb, nəticədə bank ötən ili 416 min manat mənfəət əldə edib.
2018-ci illə müqayisədə 2019-cu ildə bankın cəmi aktivləri azalıb. Belə ki,2018-ci ildə bankın aktivlərinin cəmi 492 milyon 606 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın aktivləri 3 milyon 068 min manat və ya 0,62% azalıb.
2019-cu ildə bankən öhdəlikləri 414 milyon 757 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 18 milyon 716 min manat və ya 4,3% azdır. Belə ki, 2018-ci ildə bankın öhdəlikləri 433 milyon 473 min manat təşkil edib.
Ötən il bank müştərilərinə 340 milyon 233 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 27 milyon 153 min manat və ya 8,67% çoxdur.
Eləcə də bax:Azərbaycanın aparıcı bankı kredit verilməsini – DAYANDIRIB - AÇIQLAMA