Müxtəlif bankların müştərilərə təqdim etdikləri kartlar öz xüsüsiyyətlərinə görə fərqlənirlər.
Bu xüsüsiyyətlərdən ən önəmlisi «kəşbək» qazandırmasıdır.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – KARTLAR, KEŞBƏKLƏR - SİYAHI
Yanacağı hansı bankın kartı ilə almaq daha sərfəlidir – BANKLAR, «CASHBACK»LAR - SİYAHI
FED.az ölkədəki əsas bank kartları və həmin kartlar vasitəsilə turizm sektoru üzrə edilən ödənişlər zamanı əldə edilən kəşbək göstəricilərini araşdırıb.
Turizm sahəsində olan ödənişlərə hava yollarında edilən ödəmələr, dəmiryolları ödənişləri, otellərdə ödənişlər, aviabilet ödənişləri və s. aiddir.
Araşdırma göstərir ki, müxtəlif banklar tərəfindən təqdim olunan kartlarla turizm sektoru üzrə ödəniş edən zaman 0,5 – 7 faiz aralığında «kəşbək» qazanmaq mümkündür.
Amma məsələ təkcə «kəşbək» faizində deyil, həm də onun məbləğ limitindədir. Bank kartlarının imkan verdiyi aylıq «kəşbək» limiti 50-300 manat arasında dəyişir.
Daha detallı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Turizm sektorunda ödənişlər zamanı qazanılan kəşbək faizi |
Aylıq qazanılan maksimum kəşbək |
Azərbaycan Beynəlxalq Bankı |
TamKart VISA Classic Debet |
3% |
100 AZN |
Yelo Bank |
Yelo Premium |
1% |
200 AZN |
Xalq Bank |
XalqKart CASHBACK |
2% |
300 AZN |
Bank of Baku |
Bolkart Debet |
3% |
100 AZN |
Rabitəbank |
Kartmane Debet |
5% |
200 AZN |
Azər-Türk Bank |
ATB card |
1% |
200 AZN |
Bank Respublika |
Visa Neo Standard |
1% |
300 AZN |
AccessBank |
myCard Standard |
7% |
50 AZN |
Unibank |
Ucard |
0,5% |
90 AZN |
Bank BTB |
Visa Rewards |
1% |
Limit yoxdur |
Expressbank |
Expresso Standard |
1% |
200 AZN |
Paşa Bank |
Əmək haqqı kartları |
1% |
Limit yoxdur |
Ziraat Bank |
Bankkart Visa Platinum |
0,75% |
Limit yoxdur |