Azərbaycanda bankların kartlarla bağlı ən cəlbedici təkliflərindən biri də biri yanacaq satışları üzrə «kəşbək»lərdir.
Azərbaycanda xarici valyutada ən baha kreditlərin verildiyi - 5 İQTİSADİ RAYON
FED.az xəbər verir ki, yanacaq xərcləri əhalinin büdcəsində böyük yer tutduğuna görə, «yanacaq kəşbək»i xüsusilə avtomobil sahiblərinin kart seçimlərinə təsir edir.
«Yanacaq kəşbək»ləri hər iki tərəfə sərfəlidir. Kütləvi məhsul olan avtomobil yanacağından hər gün 10 minlərlə insan istifadə edir, banklar isə bu alətlə kifayət qədər potensiallı təbəqəni loyal saxlayır, onları müxtəlif kart məhsulları ilə tanış edirlər.
FED.az avtomobil yanacağı üzrə bank kartlarının «kəşbək» təkliflərinin nə qədər sərfəli olduğunu araşdırıb. Araşdırma göstərir ki, Azərbaycanda müxtəlif banklar tərəfindən təqdim olunan kartlar vasitəsilə YDM-lər üzrə ödənişlərdən 0,5-10% aralığında «cashback» qazanmaq mümkündür.
«Yanacaq kəşbək»ləri iri banklarında diqqətini cəlb edib. Məsələn ölkənin bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı bir sıra YDM-lərdə satılan yanacağa 7% kəşbək verir.
Hazırda bazarda ən yüksək cashback təqdim edən kart Rabitəbankın Kartmane Kredit kartıdır – Apple Pay və Google Pay vasitəsilə ödənişə görə 10%. Ən aşağı cashback isə Rabitəbankın eyni kartının debet versiyasına aiddir – cəmi 0,5%. Digər banklar da müxtəlif şərtlərlə 1%-dən 7%-ə qədər cashback təqdim edir. Bu səbəbdən, sürücülər üçün hansı bankın kartından istifadə etməyin daha sərfəli olduğunu bilmək vacibdir.
Bank kartları və yanacaq doldurma məntəqələrində yanacaq alan zaman qazanılan cashback dərəcələri aşağıda təqdim etdiyimiz cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
YDM-də qazanılan cashback faizi |
Aylıq maksimum cashback limiti |
Azərbaycan Beynəlxalq Bankı |
IST Petrol - 7% |
300 AZN |
|
Kapital Bank |
2% |
100 AZN |
|
Xalq Bank |
3% |
300 AZN |
|
Bank of Baku |
* «Azpetrol» və «Socar» – debet kartla 3%, kredit kartla 7% |
160 AZN |
|
Rabitəbank |
Debet - Kartla ödənişdə 0,5%, Apple Pay və Google Pay ödənişdə 3% Kredit - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 10% |
200 AZN |
|
Bank Respublika |
2%
|
300 AZN |
|
Azər-Türk Bank |
1% |
200 AZN |
|
AccessBank |
3% |
50 AZN |
|
Unibank |
**SOCAR- Classic mərhələ 4%, Pro mərhələ 4,5% və Premium mərhələ 5% |
50 AZN |
* Qeyd: "Azpetrol" və “Socar” YDM-larda "Bol kart" kartları ilə ödəniş etdikdə "kəşbək" almaq üçün ödənişi YDM-dəki "Bank of Baku" posterminalına etmək lazımdır.
**Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.