Gündəlik həyatımızda bank kartları ilə ödəniş etmək həm rahatlıq, həm də əlavə qazanc imkanı yaradır. Xüsusilə marketlərdə alış-veriş zamanı cashback yəni xərclədiyiniz məbləğin bir hissəsinin geri qaytarılması kart istifadəçiləri üçün əhəmiyyətli üstünlük hesab olunur. Hazırda bir sıra banklar müxtəlif kart məhsulları ilə market alış-verişlərində fərqli faizlərlə cashback təqdim edir.
Hansı bankın kartı ilə restoranda yemək daha sərfəlidir? - BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyul, 2025)
FED.az bazarda mövcud olan kartları araşdıraraq, ən çox cashback qazandıran debet və kredit kartlarını müqayisə edib.
Ən yüksək cashback təklif edən kartlardan biri Unibank-ın UCard məhsuludur. Bu kartda Bravo marketində alış-veriş zamanı mərhələli sistem tətbiq olunur: Classic mərhələdə 3%, Pro mərhələdə 3,5%, Premium mərhələdə isə tam 5% cashback əldə etmək mümkündür. Hər mərhələyə keçid üçün müəyyən dövriyyə və bankda yerləşdirilən depozit şərtləri mövcuddur.
Digər yüksək cashback təklifi Bank of Baku tərəfindən təqdim edilir. Bankın Bolkart Kredit məhsulu Araz və Bravo marketlərində istifadə olunduqda tam 5% cashback verir. Debet versiyası ilə bu rəqəm 1,5%-dir.
Azərbaycan Beynəlxalq Bankının TamKart VISA Classic Debet kartı isə fərqli kateqoriyalara əsaslanan cashback sisteminə malikdir. İstifadəçilər özlərinə uyğun kateqoriya seçməklə cashback faizini dəyişə bilirlər. Məsələn, “Ailə başçısı” profilində Tamstore-da 5% cashback əldə edilir. “Səhmdar” profilində Kontinental supermarketlərində də 5% qazanc mümkündür.
Daha detallı aşağıdakı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Marketlərdə alış-veriş zamanı qazanılan kəşbək faizi |
Kartla aylıq qazanılan maksimum kəşbək |
Azərbaycan Beynəlxalq Bankı |
TamKart VISA Classic Debet |
Üç fərqli kateqoriyanı seçmək olar: Kapitalist -Ərzaq mağazaları 0.5% Ailə başçısı -Tamstore 5% Səhmdar -Ərzaq mağazaları 1%, Kontinental supermarketləri 5% |
300 AZN |
Kapital Bank |
Birbank Cashback debet |
Bravo 3% |
100 AZN |
Yelo Bank |
Yelo Light |
4% |
40 AZN |
Xalq Bank |
XalqKart CASHBACK |
2% |
300 AZN |
Bank of Baku |
Bolkart Debet Bolkart Kredit |
Araz və Bravo marketləri üzrə : Bolkart Debetlə - 1,5%, Bolkart Kreditlə - 5%
|
40 AZN |
Rabitəbank |
Kartmane Debet Kartmane Kredit |
Kartmane Debet - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 1,5% Kartmane Kredit - Kartla ödənişdə 1,5%, Apple Pay və Google Pay ödənişdə 3% |
200 AZN |
Azər-Türk Bank |
ATB card |
0,5% |
200 AZN |
Bank Respublika |
Visa Neo Standard |
3% - limit 10 AZN, limiti keçdikdən sonra 0,5% |
200 AZN |
AccessBank |
myCard Standard |
3% |
50 AZN |
Unibank |
UCard |
Bravo* – Classic mərhələ 3%, Pro mərhələ 3,5% və Premium mərhələ 5% |
50 AZN |
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.