Ən yüksək cashback faizini Kapital Bank və AccessBank təklif edir. Kapital Bankın Birbank Cashback debet kartı yalnız Özsüt restoranlar şəbəkəsində istifadə olunduqda 5% cashback qazandırır.
Hansı bankın kartı ilə marketə getmək daha sərfəlidir? – BANKLAR, «KƏŞBƏK»LƏR, SİYAHI (İyul, 2025)
Digər tərəfdən, AccessBank tərəfindən təqdim olunan myCard Standard kartı tərəfdaşdan asılı olmayaraq bütün restoranlarda 5% cashback verir. Bu, çoxsaylı məkanlarda istifadə üçün daha sərfəlidir.
Bank of Baku da restoran müştəriləri üçün cəlbedici təkliflərdən biridir. Bankın Bolkart Kredit məhsulu ilə istifadəçi restoranlarda 5% cashback qazanır, aylıq cashback limiti isə 40 AZN təşkil edir. Kartın debet versiyası ilə cashback 1,5%-dir.
Daha detallı cədvəldə:
Kartın məxsus olduğu bank |
Kartın adı |
Restoranlarda alış-veriş zamanı qazanılan kəşbək faizi |
Aylıq qazanılan maksimum kəşbək |
Azərbaycan Beynəlxalq Bankı |
TamKart VISA Classic Debet |
Kapitalist – 1,5% Səhmdar – 3% Romantik – 2,5% Gən+ - 2% |
300 AZN |
Kapital Bank |
Birbank Cashback debet |
Özsüt 5% |
100 AZN |
Yelo Bank |
Yelo Light |
4% |
40 AZN |
Xalq Bank |
XalqKart CASHBACK |
2% |
300 AZN |
Bank of Baku |
Bolkart Debet Bolkart Kredit |
Bolkart Debetlə - 1,5%, Bolkart Kreditlə - 5% |
40 AZN |
Rabitəbank |
Kartmane Debet Kartmane Kredit |
Kartmane Debet - Kartla ödənişdə 1%, Apple Pay və Google Pay ödənişdə 3% Kartmane Kredit - Kartla ödənişdə 2%, Apple Pay və Google Pay ödənişdə 3% |
200 AZN |
Azər-Türk Bank |
ATB card |
2% |
200 AZN |
Bank Respublika |
Visa Neo Standard |
4% |
200 AZN |
AccessBank |
myCard Standard |
5% |
50 AZN |
Unibank |
UCard |
*Classic mərhələ 2%, Pro mərhələ 2,5% və Premium mərhələ 2,5% |
50 AZN |
*Qeyd: Ay ərzində 300 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 500 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə növbəti ay Pro mərhələsinə keçmək olar. UBank-da "Pro" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.
Ay ərzində 800 AZN nağdsız dövriyyəni tamamlamaqla və bankda 3000 AZN həcmində depozit (Topla istisnadır) yerləşdirməklə, növbəti ay Premium mərhələsinə keçmək olar. UBank-da "Premium" mərhələsinə klik etməklə həm hədəfi izləmək, həm də hədiyyələrə baxmaq olar.