Azərbaycanda kart sahiblərinin sayı çoxaldıqca, kartlarla əməliyyatların sayı və çeşidi də artır. FED.az xəbər verir ki, hazırda kartdan karta pul köçürmə «card to card» əməliyyatları populyarlaşmaqdadır.
Eləcə də bax: Azərbaycanda bankların ən çox qazandığı aylar – MƏLUM OLUB
Bu əməliyyatlarda tutulan məbləğlər - komissiya haqqı və minimum məbləğ fərqlidir. Bu məbləğlər kartların hansı banka məxsus olması və valyutadan asılı olaraq dəyişir.
Eləcə də bax: Bank 28 qəpiyə görə müştəriyə - ZƏNG ETMƏLİDİRMİ? – AÇIQLAMA
FED.az ölkə banklarının öz kartları arasında pul köçürmə əməliyyatlarının tariflərini araşdırıb.
Əməliyyat tariflərinin dərəcəsi bəzi banklarda kifayət qədər yüksəkdir və toplamda (pulu göndərən və pulu alan tərəflərin hər ikisindən birlikdə) tutulan komissiya haqları bəzən göndərilən məbləğin 1,5-1,7%-nə çatır.
Eləcə də bax:Azərbaycanda banklar qiymətli kağızlara investisiyanı - ARTIRIB
Minimum məbləğlər isə bir tərəf üçün 1 manatadən arta bilər.
Bununla yanaşı, bəzi banklar bu əməliyyata görə ümumiyyətlə komissiya haqqı tətbiq etmirlər.
Digər tərəfdən, bəzi bankların mobil tətbiqləri ilə pulu kartdan karta heç bir komissiya olmadan göndərmək mümkündür.
Eləcə də bax: Azərbaycan bankının sədri işdən çıxıb, müvəqqəti sədr təyin edilib
Belə ki, «Accessbank»ın «myAccess» mobil tətbiqindən istifadə edən müştərilər «card to card» əməliyyatı zamanı heç bir komissiya haqqı ödəmirlər. Həmçinin Azərbaycan Beynəlxalq Bankının İBAM mobil tətbiqindən istifadə edənlər də «card to card» əməliyyatını komissiysız həyata keçirə bilərlər. Eyni hal «Unibank»ın mobil tətbiqindən istifadə edənlərə də aiddir.
Eləcə də bax: Bankomatlardan nağd pulun çıxarılması kəskin artıb - 80 FAİZİNİ TƏŞKİL EDİR
Bəzi banklarda isə «cart to cart» əməliyyatı ümumiyyətlə nəzərdə tutulmayıb. Bunlar İran Milli Bankı, Pakistan Milli Bankı və Yapı Kredi Bankdır.
«PAŞA Bank»da isə digər kartlarından fərqli olaraq əmək haqlarında karta mədaxil xidməti bağlı olur. Yəni başqa kartdan «PAŞA Bank»ın əmək haqı kartına pul göndərilsə, kart bunu qəbul etməyəcək. Həmin funksiyanı aktivləşdirmək üçün əmək haqqı kartının sahibi şəxsən banka yaxınlaşmalı və bəzi sənədləri imzalamalıdır. Həmin funksiya bir həftə sonra aktivləşir. Onunla bərabər «Cart to Cart», «Cash in» və xaricdən mədaxil xidməti də aktiv olur.
Ümumiyyətlə tariflər göstərir ki, banklar əmək haqqı kartlarına «qısqanclıqla» yanaşırlar. Bu kartlarla bağlı tariflər daha yüksəkdir, əksər banklarda alan tərəf başqa kart olduqda komissiya tutulmadığı halda, əmək haqqı kartına göndərilən vəsaitə görə, alan tərəfdən ödəniş alınır.
Eləcə də bax: Bankomat kartı geri qaytarmırsa, - NƏ ETMƏLİ?
Bankın adı |
Göndərən (məxaric) |
Alan (mədaxil) |
“Accessbank” |
0,6%, minimum 50 qəpik |
Tutulmur |
“AFB Bank” |
0,2%, minimum 50 qəpik |
Əməkhaqqı kartı 1% minimum 80 qəpik, Digər kartlardan tutulmur |
“AGB Bank” |
0,2%, minimum 40 qəpik |
Tutulmur |
“Amrahbank” |
Əməkhaqqı kartı 1%, minimum 1 manat debet kart 0,5%, minimum 50 qəpik |
Tutulmur |
“Ata Bank” |
0,5%, minimum 50 qəpik |
Əməkhaqqı kartı 1% minimum 1 manat, Digər kartlardan tutulmur |
“Azərbaycan Beynəlxalq Bankı” |
Əməkhaqqı kartı 0,5%, minimum 50 qəpik Digər kart 0,15%, minimum 60 qəpik, |
Əməkhaqqı kartı 0,15%, minimum 60 qəpik Digər kartlardan tutulmur |
“Azərbaycan Sənaye Bankı” |
1%, minimum 1 manat |
Tutulmur |
“Azər Türk Bank” |
0,5%, minimum 60 qəpik |
Əməkhaqqı kartı 1%, minimum 80 qəpik Digər kartlardan tutulmur |
“Bank Avrasiya” |
0,5%, minimum məbləğ yoxdur |
0,5%, minimum məbləğ yoxdur |
“Unibank” |
Tutulmur |
Tutulmur |
“Bank of Baku” |
0,2%, minimum 25 qəpik |
0,7%, minimum 25 qəpik |
“Bank BTB” |
0,5%, minimum 1 manat |
Tutulmur |
“Bank Respublika” |
0,25%, minimum 50 qəpik |
0,25%, minimum 50 qəpik |
“Premium Bank” |
Əməkhaqqı kartı 0,5%, minimum 50 qəpik Digər kart 0,2%, minimum 50 qəpik |
Tutulmur |
“Bank VTB Azərbaycan" |
0,5%, minimum 25 qəpik |
Tutulmur |
“Expressbank” |
Əməkhaqqı kartı 1%, minimum 1 manat digər kart 0,5%, minimum 50 qəpik |
Tutulmur |
“Günaybank” |
1%, minimum 1 manat |
Tutulmur |
“Xalq Bank” |
0,5%, minimum 20 qəpik |
Əməkhaqqı kartı 0,5%, minimum 25 qəpik Digər kartlar tutulmur |
“Kapital Bank” |
1%, minimum 1 manat |
Tutulmur |
“Muğanbank” |
Əməkhaqqı kartı 0,7%, minimum 50 qəpik digər kart 0,2%, minimum 50 qəpik |
Əməkhaqqı kartı 1% Digər kartlar tutulmur |
“NBC Bank” |
1%, minimum 1 manat |
Tutulmur |
“Nikoil Bank” |
Əməkhaqqı kartı 0,7%, minimum 80 qəpik Digər kart 0,2%, minimum 80 qəpik |
Tutulmur |
“PAŞA Bank” |
Əməkhaqqı kartı 0,5%, minimum yoxdur digər kart 0,2%, minimum yoxdur |
0,5% |
“Rabitəbank” |
0,5%, minimum 60 qəpik |
Əməkhhaqqı kartı 0,5% |
“Turanbank” |
0,5%, minimum 30 qəpik |
Tutulmur |